Bir bütün olmaq ...

0
1813
Bir bütün olmaq ...

 Ailə birləşən tərəflərin bir bütün olması deməkdir. Bu bütünlüyü qorumaq, bir birinin ehtiyacların yardım etmək, eyni dünyanı paylaşmaq ailənin olmnazsa olmazlarıdır. Ailə bir-birinə uyğunlaşma, yetərli bərabərlik və oxşar yaşamaq deməkdir. Yeməyinizin, geyiminizin, əyləncənizin, məşğuliyyətlərinizin bir-birinə oxşaması sizin bir-birinizə olan uyğunlaşmanızın, aranızda olan sevginin bir növ göstəricisidir.


Təbii ki, bir-birinizin robotu və yaxud da kopyası deyilsiniz. Ruhunuz, insanlığınız, işiniz, sosial həyatınız fərqlidir. Bir-birinizin arasında olan uyğunlaşmanı fərqli dünyanızın bəzi bölmələrini birləşdirərək əldə edə bilərsiniz. Nə qədər ki, fərqlisiniz bir o qədər də bir-birinizə bağlı və bənzər olmalısınız.

Birlikdə evinizin nizam-intizamını, seçdiyiniz yeməkləri, qohumluq əlaqələrinizi, xobbilərinizi, dininizi, dünya görünüşünüzü paylaşırsınız? Biri çay evinə gedərkən digəri evində onu gözləyir. Biri uşaqların qayğısına qaldığı zaman digəri işindən ayrılıb evə gəlmək istəmir. Fərqliliklər çox olduqca aralarda da bir o qədər uzaqlaşma, soyuqlaşma olur. "Niyə xoşbəxt deyilik ya da niyə ayrıldıq. Necə xoşbəxt yaşayırdıq?” Başqa səbəblərə ehtiyac varmı?

Eyni evdə yaşamaq və eyni yatağı paylaşmaq, birlikdə zaman keçirmək deyil. Birlikdə olmaq, bir-birinə qayğı göstərmək, bir-birini başa düşmək, bir-birinə toxunmaq bir-birini dinləmək deməkdir.

Bir qadın ağlayır: "Həyat yoldaşım internetdə vaxt keçirməyi bitirib mənə vaxt ayırmır. Onun mənə vaxt ayırmasını gözləməkdən depresiyaya düşürəm" deyir. Sizin həyat yoldaşınız özünü pis hiss etdiyi zaman, sizin ona diqqət, qayğı göstərmənizi gözlədiyi zaman internetdə əyləncə axtarmağınız düzgün deyil.

Həyat yoldaşınız romantikdirsə onu öz məntiqinizlə tamamlamağa çalışın. Həyat yoldaşınız təmizliyi hədsiz sevirsə sizdə ona uyğunlaşmağa çalışın. Həyat yoldaşınız uşaqlarınızın qayğısına qalırsa siz də onların təhsili ilə maraqlanın, onların əylənə bilməsi üçün şərait yaradın. Həyat yoldaşınız qohumlara qarşı soyuqdursa siz onun qohumlarla münasibətinin düzəlməsinə köməklik göstərin.

ŞƏRH YAZIN