Dahi İnsanların Məktəb Uğuru Necə İdi?

0
3503
Dahi İnsanların Məktəb Uğuru Necə İdi?

 

Bir çox müəllim tərəfindən məktəb uğuru ilə dahilik arasında bir əlaqə olduğu düşünülür.Görəsən məktəbdə müvəffəqiyyətli olmaq, qiymətlərin yüksək olması dahilik göstəricisi ola bilərmi?

Məktəb müvəffəqiyyətsizliyi gələcək uğura təsir göstərirmi? Məktəb müvəffəqiyyətsizliyi ilə məktəb sonrası uğursuzluq əlaqəli deyil? Bu mövzuda aparılmış çoxsaylı araşdırmanın bir başqa ölçüsü; Əsərləri və fikirləri ilə zamanın fövqünə keçmiş olan çox dahinin inanılmaz həyat hekayələrində gizlənir.
 
Çünki bəlkə də çoxumuzun bilmədiyi bu hekayələr adətən məktəb uğuru və məktəb sonrası uğurun əlaqəli olmadığını deyir. Düşünmə qabiliyyətinə şübhə edilən, döydüyü qapılar üzünə qapanan, qüsurlu, ünsiyyətsiz, bacarıqsız görünərək uşaqlıq və gənclik illərini uğursuzluğu dəfələrlə dadaraq  keçirən, hətta çox zaman lağ mövzusu olan DÜNƏNİNİN UŞAQLARI, bu günün insanlıq tarixinə damğasını vuran UNUDULMAZ DAHİLƏRİDİR.
 
Bir göz ataq…
Elektrik lampası, qramofon və film kamerası kimi bir çox mühüm kəşflərə dair aldığı 1000-dən çox patent ilə gəlmiş keçmiş ən məşhur elm adamı olan Tomas Edisonun məktəb həyatı uğursuzluqlarla doludur. Belə ki, Michigan Port Huran İbtidai Məktəbindəki müəllimi, Tomas Edison üçün "O beyinsiz bir uşaq və heç bir işdə uğur qazana bilməz" deyə ailəsinə məktub yazır və ailəsi Edisonu məktəbdən alır.
 
Siyasətçi, yazıçı, diplomat, elm adamı, kəşfiyyatçı, Amerika Müstəqillik Bəyannaməsinin tənzimləyicisindən biri olan və hətta 100 dollarlıq əskinasların da üzərində şəkli olan Benjamen Franklin Boston Məktəbində 2 il oxuduqdan sonra 10 yaşında məktəbi buraxır.
 
Yalnız Amerikanın deyil, dünyanın yetişdirdiyi ən böyük basketbol ulduzu Maykl Jordan liseyin ikinci sinifində; Özünün bu məsələdə səriştəli olmadığını, boyunun qısa olduğunu deyən məşqçi tərəfindən liseydə basketbol komandasına alınmır.
 
Gəncliyində oxumaq istədiyi universitetlərə ya qəbul edilməyən, ya da qəbul edildiklərini də yarıda buraxan genetika elminin banisi Gregor Mendel haqqında isə bitirə bilmədiyi universitetin professorlarından biri yazır: "Mendelde, bir elm adamı üçün lazım olan şəffaf düşünə bilmə bacarığı yoxdur".
 
Hələ iyirmi yaşı olmadan buxarlı motor çarxının patentini alaraq böyük bir uğura imza atan və həyatı boyu əldə etdiyi inanılmaz uğurlar və 400-dən çox icadla bənzəri az olan bir sanayi imperatorluğu quran Corc Vestinqhaus isə; İstedadsız, işləməyi sevməyən və axmaq biri olduğu və bu səbəblə də oxuduğu kollecdən uzaqlaşdırılır.
 
Time jurnalı tərəfindən "Yüz ilin İnsanı" seçilən, Nobel mükafatçısı fizik Albert Eynşteyn isə 15 yaşında lisey təhsilini yarıda qoyur. Növbəti il təhsilini davam etdirmə qərarı alaraq İsveçrə Federal Institute of Technology sınağına girir. Ancaq bu imtahanda da uğursuz olur və gimnaziyasına geri qayıdır.
 
Müəllimlərinin "gözəl simalı bir tənbəl" deyə tərif etdiyi Balzak, bacarıqsızlığı ucbatından anası tərəfindən Eton Kollecindən alınan, amma illər sonra Vaterloo Döyüşündə (1815), Napoleon Bonapartı məğlub edərək böyük bir qələbə qazanan məşhur İngilis komandanı Artur Vellesli, skripka tutmağını görən müəllimi tərəfindən "Musiqiçi ola bilməz"! Damğası yeyən Dünya Musiqi Tarixinin gəlmiş keçmiş ən böyük adlarından klassik musiqi bəstəkarı Bethoven, içində öyrənmək istəyi olmadığı səbəbilə kollecdən atılan; "Müharibə və Sülh" adlı şah əsərin müəllifi Leo Tolstoy, hərbi liseyə ən aşağı dərəcələrdən biriylə, özü də ancaq üçüncü sınamasında girən Ser Çörçill, dövrün tənqidçiləri tərəfindən yetərsiz olan Dali və Verdi, müəllimi tərəfindən iri ağzı üzündən "Torba Ağız" ləqəbi ilə çağırılan, sözlü cazın yaradıcısı Armstronq, ilk müraciət etdiyi musiqi studiyası müdirindən "GET VƏ KAMAZ  SÜRÜCÜLÜYÜNƏ DAVAM ET"! Sözləriylə qovulan Elvis Presley
 
Sənətin, siyasətin, ədəbiyyatın, musiqinin, elmin dahilərinin və böyük ticarət dahilərinin ağlasığmaz hekayələrinin səbəbi yanlış məktəb seçimidir yoxsa yanlış istiqamətləndirmələrdir bilinməz. Ancaq bildiyimiz bir şey var ki; Məktəbdə müəllimlərinin şikayət etdiyi, uyğunlaşma problemi yaşayan, baxışları və ya əksinə huşsuzluğu sinfin ahəngini pozan, müvəffəqiyyət göstərməyən bir uşağınız varsa, Ondan əsla imtina etməyin. Onu dərk etməyə, tanımağa və şifrələrini həll etməyə çalışın. Həyəcan və tutunduğu bir sahə və bu sahəyə dair qeyri-adi fikirləri,xəyalları, planları varsa Onu heç vaxt gözünüzdə kiçiltməyin və hətta şəraitsiz dəstəkləyin. Çünki evinizdə bir Bencamin Franklin, bir Gregor Mendel, bir Bethoven, bir Balzak, BİR DAHİ YAŞAYIR OLA BİLƏR.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 
 

ŞƏRH YAZIN