Evliliyinizə Həyəcan Qatın!

0
1844
Evliliyinizə Həyəcan Qatın!

Deyirlər evlilik eşqi öldürür. Amma psixoloqların 7 məsləhət ilə sevginizi canlandıra, rəng qata bilərsiniz. 
1. Həftədə bir gecə olan görüşünüzü ehmal etməyin. Hər səfərində birinizin etmək istədiyini digəri təkrarlasa, əyləncə özlüyündən ortaya çıxacaqdır. Hər həftə bir neçə saatı sadəcə bir-birinizə ayırın və dəyişik şeylər etməyə diqqət göstərin. Yeməyə çıxmaq, piknik etmək, qolf oynamaq və s.
2. Unutmağı bacarın. Keçmişdə yaşanan bütün çirkinlikləri bir kənra buraxın və yepyeni bir dönəmə keçin. Bax, elə indi! Yeni xatirələri yaratdığınız an bu andır, qiymətini bilin. Bir-birinizi yenidən kəşf edin. Onu bu yeni, xoş və vəhşi bir qadınla yenidən tanışdırın.
3.Tutqulu olun. Kiçik öpücüklər, çiyin oxşamaları və zəif səni sevirəm -lərdən uzaq durun. Artıq onu, həqiqətən, hiss etdiyiniz kimi öpməyinizin zamanı gəlmədimi? İlk günlərinizdəki kimi atəşli, bütün vücudunuzun yoldaşlıq etdiyi sevgidən bəhs edirəm. Onu sevdiyinizi deyərkən bunu, həqiqətən, hiss edin və onun da hiss etməsinə səbəb olun, gözlərinin içinə daha çox baxın!
4. Ekstra şeylər edin. Kiçik eşq notları buraxın, kart yollayın, axşam yeməkləri yeyin, birlikdə və ya onun üçün rəqs edin, günə şad və gözəl başlaması üçün şərait yaradın. Kiçik surprizlər tutqunu canlı tutar.
5. Onu fərq edin. Evə gəldiyi zaman nə ilə məşğul olursunuzsa, olun işinizi qoyub onu qarşılamağa gedin. Əgər sizdən əvvəl evə gedibsə, evə girdiyiniz zaman orada olduğu üçün xoşbəxt olduğunuzu bildirən cümlələrlə içəriyə daxil olun. Bir-birinizi sevdiyiniz üçün birlikdə olmalısınız, ona görə də bunu hər fürsətdə göstərmək lazımdır. Əmin olun ki, faydasını görəcəksiniz.
6. Birlikdə tətilə çıxın. Bir həftə sonu qaçmağı ya da sadəcə bütün bir günü birlikdə olmağı planlaşdırın. Beyninizin içində dolaşıb duran problem və planları bir kənara buraxıb bir-birinizlə əylənin və dinlənməyin keyfini çıxardın. Söhbət edin, bir-birinizi dinləyin. Həyat onsuz da davam edir və problemlər də onsuz da hər zaman olur. Sadəcə olaraq bütün bunlardan uzaqlaşın və bir müddət birlikdə dincəlin. 
7. Nigahı təzələyin. Hər kəsin toyu gözəl və özəldir. Təntənəli bir şadlıq keçirməyi demirik. Amma kiçik bir yığıncaq edərək ən yaxınlarınızı ətrafınıza toplaya və birlikdə olmağınızı qeyd edə bilərsiniz.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN