Həyatın Qaydasıdır ...

0
1931
Həyatın Qaydasıdır ...

1. Fürsətləri siz yaratmalısınız.

Fürsətlər çox nadir olaraq özünü axtarmayan bəzilərinin qapısını çalar. Fürsətləri siz yaratmalı və özünüz axtarmalısınız. 

2. Mənfi düşüncə sizə yalnız daha çox mənfilik gətirir.

Mənfi düşüncələrə diqqətinizi cəmlədikcə bu daha da sizə mənfilik gətirməsinə səbəb olar. Həyatda müsbət şeyləri axtarmasan, müsbət şeylər başınıza gəlsə belə siz onun yalnız mənfi yanlarını görəcəksiz.

3. Olduğunuz yer, sizin nələr edə biləcəyinizi təyin etməz.

Evsiz biri də olsanız, qonaqlarda da yaşasanız, zəngin və ya kasıb da olsanız və ya hətta universitetdən tam notla məzun da olsanız və ya sinifdə qalmış olsanız belə, bunların gələcəkdə bir təsiri yoxdur. Bu görüş bucağını dəstəkləyəcək çox-çox sayda müvəffəqiyyət əhvalatı vardır. Əgər tanaltınız varsa bilmədiyiniz nöqtə yoxdur. Öz sərhədlərinizi və üfüqünüzü siz özünüz təyin edərsiniz.

4. Başqalarına köməkçi ola bilmirsinizsə, özünüzə də fayda yoxdur.

Yalnız başqaları üçün qapını saxlamaq və ya buna bənzər sadə bir jest belə olsa sizin həyatınızda möcüzələr yaradar. Həm özünüzü möcüzə hiss edəcək, həm də etdiyiniz yaxşılıq həyat yolunda bir şəkildə sizə geri dönəcək, siz fərq etsəniz də, fərq etməsəz də... Başqalarına kömək etmirsinizsə, onlar da sizə yardım etməyəcəklər və əslində kömək etmələri də lazım deyil deməkdir.

5. Şəxsi ehtirasınızı izləyin, pul da sizi təqib edəcək.

Tutqunuz varsa və işinizi edərkən zövq alırsınızsa, mən buna "iş" demərəm. O işdə yeni bir şeylər yaratmaq üçün fokuslanın və daha çox ehtirasla davransanız ən sonunda pul sizə gələcəkdir. Əgər yalnız pula yönəlsəniz pul sizə gəlməyəcək, çünki siz yalnız miqdara fokuslanmışsınız deməkdir, keyfiyyətə deyil. 

6. Özünüzdən zövq alın.

Mümkün olduğunca xoş vaxt keçirin,əylənin, hər şeyi ciddi qəbul etməyin. Narahatlıqlarınızı kənara itələyin və zövqlü şeyləri yaxınınıza çəkin.

7. Əgər asan olsaydı hər kəs edərdi.

Məhz buna görə "tez varlı olma" reseptlərinin heç biri işə yaramaz. Əgər bu qədər asan və tez yoldan varlı olmaq mümkün olsa idi, o zaman hər kəs milyoner olardı. Pul qazanmaq və sizə verilən vəzifəni bacarmaq möhkəm iş tələb edir, amma xərclədiyiniz səylərin qarşılığını ən sonunda alarsınız.

8. Həyata hər zaman gülümsəyin,çətinlikləri isə vecinizə heç almayın.

Nə qədər hər şeyə xoş gözlə yanaşsanız bir o qədər də yaxşı olar. Həyata gülün və həyatda sizə gülər.

9. Bir çox qabiliyyətiniz var.

Qabiliyyətli bir atlet və ya musiqiçi ola bilərsiniz amma bəlkə də sizin bilmədiyiniz on dənə daha qabiliyyətiniz ola bilər. İnsanlar yaxşı edə bildikləri bir şey tapınca ümumiyyətlə ona yönələrlər və daha başqa hansı sahələrdə qabiliyyətləri ola biləcəyini düşünməzlər.
 
10. Mükafat almadan möhkəm çalışmayın.

Əgər həyat yolunda özünüzə yaxşı davranmasanız, xəyallarınızı reallaşdırmaq üçün möhkəm işin mənası nədir? Böyük və ya kiçik bacardığınız hər çətinliyin uyğun bir qarşılığı olmalıdır, bir günlük tətil və ya bir dilim tort kimi...

11. Pul xoşbəxtlik gətirməz.

Dediyim kimi, arxasınca qaçdığınız əsl məqsəd pul olmamalıdır, amma pul qazandığınız zaman bir şeyləri bacarmış olduğunuzu bilirsiniz. Bunu bilmək də gözəl bir hissdir və sizə xoşbəxtlik verir, çünki öz istədiklərinizi edəcək daha çox vaxt və azadlıq qazandığınızı da bilirsiniz.

12. Başqa birinin başına hər zaman daha pisi gəlmişdir.

Bəzən pis bir gün keçirmişsinizdir, amma pessimistliyə qapılmadan əvvəl durun və düşünün, hər gün sizdən daha pis bir gün keçirmiş milyonlarla insan var bu dünyada. Ona görə pis olmayın. Gülümsəyin.

 
Korrektor: Abdullazadə Sevinc
 

ŞƏRH YAZIN