İstədiyini Çox Asanlıqla Əldə Edə Bilərsən

0
1964
İstədiyini Çox Asanlıqla Əldə Edə Bilərsən

Bir münasibətiniz var və heç bir şey istədiyiniz kimi getmir? Dərd etməyin, bu xəbər əsl sizin işinə çox yarayacaq. Münasibətinizdə istədiyinizi əldə etməyin yollarını sizə təqdim edirik, siz özünüzə uyğun bildiyiniz məsləhəti tətbiq edin.
Bir şey istəyərkən gözəl sözlərlə istəyin
Bir şey istəməyin iki yolu vardır: Biri tez istədiyini dilə gətirmək, digəri isə istəyini yavaş-yavaş izah etmək. İkinci yolu seçəndə istədiyiniz şeyi nə qədər sürətli və diqqətlə qarşınızda tapa biləcəyinizi görün. Məsələn, bu axşam yeməyi onun hazırlamağını istəyirsiniz. "Bu axşam ürəyim yemək bişirmək istəmir. Sən bişir." yerinə "Keçən gün etdiyin makaron çox dadlı idi, sevimli yeməyim oldu. Bu axşam da bişirə bilərsənmi?" demək qarşınızdakını motivasiya edəcək.
İstəyinizi açıqca dilə gətirməyin
İstədiyiniz bir şeyi niyə istədiyinizi izah edib dilə gətirmək yerinə edəcəyiniz söz oyunları onun mesajı daha tez almağını və tətbiqə keçməsini təmin edəcək. Çünki kişilər sanksiyaları xoşlamazlar, bunu unutmayın! Məsələn, bu həftə sonu sizə qısa bir eşqbazlıq təklif etməsini istəyirsiniz. "Bu həftə sonu məni gəzməyə apar" yerinə "Həftə sonları gəzmək çox gözəldi. Bəlkə bir ara gəzərik" demək əmin olun daha təsirli olacaq.
İstədiyiniz şeyi əvvəl siz ona verin
Səhv başa düşülməsin, hər şey qarşılıqlı olmaq məcburiyyətində deyil. Amma istədiyiniz şeyi əvvəl siz ona versəniz, onsuz da onun da sizə geri qayıtmağını görəcəksiniz. Məsələn, kürəyiniz çox ağrıyır və yüngül bir masaj istəyirsiniz. Ondan bunu səsli bir şəkildə istəmək yerinə, əvvəl siz ona bir kürək masajı edin. Masaj bitdiyində - təbii ki, yatmış olmazsa, sizə necə bir masaj edəcəyini təxmin belə edə bilməzsiniz!
Əsla gözünü qorxutmayın
Verilən əmrlər və yağdırılan təhdidlərlə bir münasibət icra etmək o qədər də mümkün deyil. Ondan bir şey istəyəndə bu şəkildə əsla gözünü qorxutmayın. "Evə qonaq gəlməmiş ortalığı yığışdır" və ya "Bu etdiyini bir də etsən, çıxıb gedəcəyəm" kimi təhdid dolu sözlər istədiyinizi əldə edə bilməməyinizlə qalmayacaq, ona çox itələyici gələcək və münasibətinizə mənfi təsir edəcək.
 

Korrektor: Əliyeva Aynur

 

ŞƏRH YAZIN