İtirilmiş Güvəni Bərpa Edə Bilərsiniz

0
2170
İtirilmiş Güvəni Bərpa Edə Bilərsiniz

Yalanlar, tutulmayan vədlər evliliyi ciddi dərəcədə sarsıdır, tərəflər arasında etibar azalır. Ancaq bunlar evliliyin sonunun gəldiyi mənasını verməz. Hər şeyi qaydasına qoymaq şansınız varsa, məsləhətlərimizi qulağınıza sırğa edin. Yoldaşınız aranızdakı güvənin itməsinə səbəb olan bir şey etdiyində, evliliyinizdəki güvənin yenidən yaradılması çətin ola bilər və uzun zaman ala bilər. Budur, güvənin təkrar qazanılması üçün sizə verə biləcəyimiz bəzi tövsiyələr:

Sizin etməyiniz lazım olanlar:

- Keçmişi ardınızda buraxaraq, yenidən sevmə qərarı alın. Yoldaşınızla aranızdakı etibarı sarsıdan hadisəni davamlı olaraq xatırlamaqdan imtina edin.

- Əgər aldadaraq ya da yalan söyləyərək yoldaşınızın etibarını itirən sizsinizsə, davranışlarınızı dəyişdirərək səhvinizi təkrarlamayacağınızı yoldaşınıza hiss etdirin.
 
- Münaqişəni böyüdəcək sözlər istifadə etməyin. Günahlandırıcı olmayan "mən" cümlələri qurun və hər zaman, əsla, məcburiyyətindəsən, etməlisən ya da etməli idin kimi sözlərdən çəkinin.

İki tərəfin də etməsi lazım olanlar:
 
- Evliliyinizi yenidən yoluna qoymaq üçün yoldaşınızla birlikdə müəyyən hədəflər təyin edin.

- Həm yoldaşınız, həm də siz evliliyinizi və bir-birinizə olan bağlılığınızı yeniləyin. Səhv edən tərəfin, ürəyi qırılan tərəfin ağrısını paylaşması lazımdır. Digər yoldaş isə aldadılmanın ya da özünə yalan söylənilməsinin yaratdığı kədəri anlamalıdır.

- Bir-birinizi yalnız qulaqlarınız və beyninizlə deyil, qəlbinizlə dinləyin.

- Bir-birinizə qarşı tamamilə dürüst olun.

- Güvənin sarsılmasına səbəb olan hadisənin daha yaxşı başa düşülməsi üçün kömək almaqdan çəkinməyin.

- Bir-birinizə əlaqəniz və ya aldatma haqqındakı suallarınıza açıq və dürüst cavablar almağı haqq etdiyinizi xatırladın.

Bunları unutmayın:

- Güvənin yenidən qazanılmasının zaman alacağını qəbul edin. Bir gecədə hər şeyi köhnədən olduğu halına geri qaytara bilməzsiniz.

- Yaşananları ya da aldatmağı xatırlamanız normaldır. Bunları unutmasanız belə ancaq ağrınız zamanla azalacaq.

- Duyğularınızı qəbul edin və bunları yoldaşınızla mütləq paylaşın.

Əgər bütün yaşananlara baxmayaraq yoldaşınızı hələ sevir və onun da sizdən imtina etmək istəmədiyini bilirsinizsə, əlaqənizdəki etibarı yenidən canlandıra bilərsiniz. Ehtiyacınız olan yalnız bir az zaman, səbir, bir-birinizə bağlılıq, sevgi və bağışlamaqdır.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN