Kişilər Daha Gec Yetkinləşir

0
2245
Kişilər Daha Gec Yetkinləşir

Qadınlar çox zaman münasibətlərdə yetişkin tərəfin özləri olduğunu düşünür. Hətta münasibətlərdə qərar verən tərəfin də məhz zərif cinsin nümayəndələri olduğunu iddia edirlər. Buna görə əsasları da var. Onların fikrincə, kişilərin sürətlə maşın sürmək, gecə yarısından sonra yemək kimi vərdişləri gülüncdür. 

"Nickelodeon" televiziya kanalının apardığı araşdırmaya görə kişilər 43 yaşından sonra yetkinləşə bilirlər. Qadınlarda isə bu, 32 yaşdır. Sorğuya qatılan qadınların bir qismi isə bir çox kişilərin əsla müdrikləşmədiyini düşünürlər. Sorğuya qatılan kişilər də uşaqca davrandıqlarını təsdiqləyiblər.

Araşdırmaya görə kişilərin yetkinləşmədiyini göstərən faktorlar aşağıdakılardır:

1. Gəyirməyin gülməli olduğunu düşünmək.
 
2. Gecə yemək yemək.
 
3. Kompüterdə oyun oynamaq.
 
4. Sürətlə maşın sürmək və yanındakı maşınla yarışmaq.
 
5. Yüksək səslə maşında musiqi dinləmək.
 
6. Ağır zarafatlar etmək.
 
7. Oyunlarda uşaqlarla rəqabət etmək.
 
8. Asan yeməkləri belə bişirə bilməmək.
 
9. Daima eyni axmaq lətifələri danışıb gülmək.
 
10. Özləri haqqında danışmamaq.
 
11. Kitab oxumaqdan nifrət etmək.
 
12. Yersiz rəqs etmək.
 
13. Tərəvəz yeməmək.
 
14. Yerə zibil atmaq.
 
15. Analarına paltar yudurtmaq.
 
16. Qadınların yanında özünü göstərmək.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN