Ondan Xoşunuz Gəlirsə ...

0
5179
Ondan Xoşunuz Gəlirsə ...

Ondan xoşunuz gəlir, amma etiraf edəcək cəsarətiniz yoxdur. Narahat olmayın, jest və mimikalarınızla bunu ona izah edə bilərsiniz. Necə? Budur ondan xoşlandığınızı bildirmənin yolları:
* Girdiyiniz dost mühitində, yüksək səsli və əyləncəli dost danışmaları arasında gözlərinə baxmağa çalışın.
* O və siz dostarınızla bərabərkən xüsusilə onunla danışmağa cəhd göstərin.
* Yanına gedib bir şeylər izah edərkən istər - istəməz əlinizi, qolunuzu ona dəydirməyə çalışın.
* Etdiyi idmanlardan və ya maraq sahələrindən bəhs edərkən, mövzuya daha çox qatılın və maraqlandığınızı vurğulayın.
* Onun yanındaykən və ya sizə baxarkən təbəssüm edin.
* Arada - sırada müəyyən naməlum kompliment deyin.
* Hər keçən gün geyiminizə və ya makiyajınıza diqqət edin.
* Yanında olduğunuzda sakitləşin və söhbət açmağa çalışın.
* Eyni mühitdəykən ona arada - sırada baxıb yoldaşlarınızla pıçıldaşıb, gülün.
* Soyuq bir gündə "çox üşüyürəm" deyib yanına yaxınlaşmağa çalışın.
* Girdiyiniz mühitlərdə zamanınızın olduğunu ifadə edərək daha çox vaxt keçirmək istədiyinizi hiss etdirməyə çalışın.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN