Onlar haqqında bildiyimiz yanlışlar!

0
1607
Onlar haqqında bildiyimiz yanlışlar!

 Bəzən kişiləri yaxşı tanımadığımıza görə, yanlış şeylər haqqında düşünür, yanlış şeylərə inanarıq. Bu üzdən özümüzü sıxıb içimizdən gəldiyi kimi davranmarıq. Bu yanlışlar üzündən özümüzə çəkdiyimiz xəttləri aşmaq vaxtı artıq gəldi.


Kişilərin qaçan qovular oyununu sevdiyini düşünmək böyük bir yanlışdır. Xoşlanmadığınız birini rədd etməniz olduqca təbiidir, ancaq xoşlandığınız kişiyə qarşı belə oyunlar oynamaq olduqca ağılsız deyil mi? 

Kişilərin azad qadınlardan qorxması da dillərdən düşməz. Bəli bəzi kişilər bundan çəkinir. Yəni öz ayaqları üzərində dura bilən, güclü qadınlar onlar üçün çəkinmə səbəbidir. Amma bir çox kişi üçün də bu qadının pozitiv tərəfləri arasında yer alar. Bu da hərarətli mübahisələr arasındadır. Özünə güvəni tam olan kişilər yanlarında güclü və iradəli qadınları görmək istəyər. Bu üzdən bu yanlış sözü başımızdan çıxaraq getsin.

Kişilərin bir qadınla dost olamayacağı, ağıllarında sadəcə seks etmək fikri olduğu da yenə olduqca çox inanılan bir yanlışdır. Təbii ki belə bir irəliləyişin olmayacağını kimsə qarantiya verə bilməz. Ancaq bu mövzuda lazımsız bir şəkildə danışanların dediyi kimi kişinin tək məqsədi bu deyil.

Yaxşı sizdə kişilərin hər an cinsi əlaqəyə hazır olduğunumu düşünürsünüz? Sizcə kişilər bu qədər mekaniki yaradılanlardımı? Onlarında seks istəməm haqqı olduğunu heç vaxt unutmayın. Əslində bu yanlışın yaranmasında elə kişilərin rolu var. Çünki onlar da özlərini hər an sekse hazır olma məcburiyyətində hiss edirlər. Kişilərə aid bütün bu fikirləri ağlımızda silib atmanın zamanı gəldi və hətta keçdi belə!

İlk görüşdə edilən seks üzündən kişinin sizə hörmət etməyəcəyi inancı bu yanlışlardan ən birincisi hesab edərik . Bu düşüncəylə həyatı özünüzə çətinləşdirməyin. Onunla seks yaşamaq istədiyiniz halda bu düşüncəylə ona yaxınlaşmanız sizə xoşbəxtlik gətirməyəckdir. Seksin hörmətlə heç əlaqəsi yoxdur. Bu düşüncəni bir kənara buraxın çünki bütün hallar kişiyə xüsusidir.

ŞƏRH YAZIN