Onlar sizi aldadır???

0
1570
Onlar sizi aldadır???

 Heç kim həyat yoldaşının onu aldadacağına ehtimal verməz. Xüsusilə də kişilər. Amma təəssüf ki, belə hallara rast gəlinir. Sizə onların xəyanət siqnallarını təqdim edirik. Qadın aldadarkən də necə işarələr verir ona baxaq. 


1) Məncə, ən əhəmiyyətli əlamət, qadın artıq kişisinə əsəbiləşmirsə, adam nə edirsə etsin fikir vermirsə, o an qadın çoxdan yuvadan uçmuşdur. dava-dalaş çıxaran ya dır- dır" edən qadınlarını başının tacı etməlidir kişilər, nəysə...
 
2) Qadın, davamlı yeni iş yoldaşından ya da idman salonundakı müəllimindən danışırsa danışmağı bezmədən izah edirsə, o insanlarla görüşür ola bilər. Ya da kişisinə səhvən başqa bir kişinin adını dedisə bu vəziyyət çox da günahsız olmaya bilər. Davamlı olaraq "o yeni biri"ni düşünür ya da yaşayır.
 
3) Qadın artıq özümə də zaman ayırmalıyam deyirsə, o "zaman" yalnız özünə deyil. O zamanlar ümumiyyətlə iki insandır. Kişi necəsə mənim arvadımdır dediyindən qadını tək sanar. 
 
4) Qadın əvvllər tək başına bacara bilmədiyi şeyləri artıq edə bilirsə, o işləri başqa bir kişi edir ola bilər. 
 
5) Gün içində sizi yüz dəfə axtaran qadın, bir neçə axtarışa düşdüsə o da sizin harada olduğunuzu öyrənmək üçündür. Kişinin dərindən düşünməsi lazımdır "harada səhv edirəm" deyə!
 
6) Qadın kişini davamlı olaraq tənqid etməyə başladısa, keçəlindən qarnına göbəyinə qədər, kişinin aynaya baxma zamanı gəlmişdir. Bu vaxt qadın hər zamanki halından gözəl və cazibədar görünməyə başlamışdır. 
 
7) Qadın aldatma hallarına girdisə, yeni alış-veriş başlamışdır. Kosmetika, bədəni sıxan geyimlər, başdan çıxarıcı iç paltarları, corablar kimi nümunələrə diqqət edin. Bu alış-verişləri edən hər qadın aldadır demək deyil, bəlkə də həyat yoldaşı üçün edir bunları. Kim bilər!
 
8) Həddindən artıq anlayışlı və kişisiylə çox mehriban bir qadına diqqət yetirin! Daha nə istəyək ki deyən kişiləri idarə altında tutmaq üçün bir üsul ola bilər. Davamlı olaraq kişinin nə etdiyindən söz açaraq mövzunun özünə gəlməsini önləyər . 

Nəticə: İndi bu cür ifadələrin hamısı bir qadında olsa belə bu yoldaşını aldatmış olması mənasına gəlməz. Qadınları qoruyurmuşam kimi qəbul edilməsin, qadınların aldatma nisbətləri kişiyə görə daha az deyə deyirəm bunları. Nəticə eynidir, güvənmədiyinizi sevməyin, birlikdə olmayın amma sevirsinizsə də güvənin. Beləcə başınız da, ürəyiniz də rahat olar.

ŞƏRH YAZIN