Onların Sirri Nədir?

0
1697
Onların Sirri Nədir?

Uzun və xoşbəxt cütlüklərin mütləq bir sirri var düşünən psixoloqlar maraqlı bir araşdırma ilə ortaya 5 maddə çıxarıb. Siz də əlaqənizi qorumaq və sevdiyiniz adamla birlikdə xoşbəxtliyi qazanmaq istəyirsinizsə, diqqətlə oxuyun.

1. Gündə ən az 10 dəqiqə fərqli bir dialoq

Görünür ki, xoşbəxt cütlüklərin təxminən 99%-i yoldaşlarını çox yaxşı tanıyır və həqiqətən anlayır. Böyük bir əksəriyyəti həyatının detallarını, xəyallarını, çətinliklərini, dəyərlərini və hədəflərini yoldaşıyla paylaşır. Buna nəzərən gündə ən az 10 dəqiqə yoldaşınızla oturub danışmaq sizin xeyrinizədir. Amma bu söhbətdə mövzu işiniz, ailə, dostlarla olan əlaqələriniz olmamasına diqqət edin! Daha ümumi şəkildə desək - zehni çalışdıran, yaradıcı mövzulardan söhbət açın. Məsələn: Lotoreyadan pul çıxsa hara, niyə xərcləyərsən? Harada doğulmuş olmaq istəyərdin və  niyə? İş həyatına yenidən başlamalı olsaydın nə olmaq istəyərdin? və s. bu kimi suallar. Məqsəd bir-birinizin xəyallarını, keçmiş çətinliklərini, gələcəyə dair qayğılarını öyrənmək, bir-birinizin fikirlərini dinləməyə vaxt ayırmaq olmalıdır.

2. Qarşınızdakının duyğularını öyrənməyə çalışın

Bir çox cütlük ixtilaf düşəndə, yoldaşlarının fikrilə razılaşmasalar da onların dünyagörüşünü anlamağa çalışırlar. Məhz bu özünü qarşısındakının yerinə qoymaq mənasını verir. 

3. Jest edin

Xoşbəxt cütlüklərin ən böyük sirlərindən biri də bu kiçik jestlərdir. Böyük sürprizlərə ehtiyac yoxdur. Əslində həyat yoldaşınızı kiçik jestlərlə xoşbəxt etmək kafidir. Xoşbəxt cütlüklər bunu həmişə edir. Yoldaşı üçün qəhvə içmək, ev işlərində kömək, yoldaşının çox istədiyi bir paltarı, ya da kitabı sürpriz bir şəkildə alıb ona təqdim etmək və s. Hamısı və daha çoxu əlaqənin möhkəmliyini qoruya bilən hərəkətlərdir. Özünə həyat yoldaşı tərəfindən jest gördüyü qədər qarşı tərəfə də jest edəndə sevdiyi insanın xoşlandığı bir işi edərkən onun qazandığı xoşbəxtlikdən o da pay alır.  Kiçik bir jest qarşılıqlı qazanma vəziyyəti yaradır.

4. Birlikdə vaxt keçirin

Şəxsi təklikdən deyil, cüt olaraq təklikdən söhbət gedir. Xoşbəxt cütlüklər ailə dəstəyi, yoldaşlarla və ya bir birliyə daxil olaraq özlərini daha yaxşı hiss edirlər. Baş-başa qalanda problemlərini özləri həll etmək məcburiyyətində olan cütlüklər bir-birlərini nə qədər sevsələr də vaxt ötdükcə problemlər sevginin önünə keçir və bədbəxtlik baş verir. Bunda məsləhətləşdiyiniz, birlikdə zaman keçirdiyiniz yoldaşlarınızın öz yoldaşlarıyla əlaqəsini qoparma mərhələsində olması sizə də mənfi təsir edə bilər. Nümunəvi ailəsi olduğunu bildiyiniz cütlüklərlə daha çox zaman keçirib, onlardan dəstək almaq, ictimailəşdirmək sizə yoldaşınızla birlikdə özünüzü daha yaxşı hiss etdirər. Çünki problemlərdən danışmaq yerinə birlikdə əyləncəli fəaliyyətlərlə məşğul ola bilərsiniz.

5. Qəhqəhə çəkmək

Xoşbəxt cütlüklər sevinclərini birlikdə yaşayırlar. Bu onların birlikdə yaxşı zaman keçirdiklərinə işarə edir. Xoşbəxt paylaşımlar mənasını verir. Yaxşı bir birlik üçün komediya və zarafat anlayışlarının bir-biriylə uyğun olması da axtarılan xüsusiyyətlər arasındadır. Oxşar filmə, eyni zarafata, eyni vəziyyətə gülə bilmək, cütlüklərin xoşbəxtliklərini davam etdirmələri üçün dəstəkləyici olur.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN