Onu xoşbəxt etmək üçün ...

0
1913
Onu xoşbəxt etmək üçün ...

 İnsan sevdiyi insanı xoşbəxt etmək istəyər. Bəzən bunun üçün çox şey etsə də, istədiyi nəticə alınmaz. Əgər onu xoşbəxt etmək istəyirsinizsə, o zaman məsləhətlərimizə qulaq verin.


Tərəfadaşınızı sevindirin 

Sevdiyiniz insanı həqiqətən də xoşbəxt etmək istəyirsinizsə, onu xırda şeylərlə də sevindirə bilərsiniz. Məsələn, bir baxış, gülüş, isti bir öpüş, qulağına gözəl bir söz və.s
 
Romantizm sizin üçün nəyi ifadə edir? Siz həyat yoldaşınızın ən nəçox nələrdən xoşlandığını bilirsinizmi? Sizin zövq aldığınız hər hansı bir şey ona çox axmaq görünə bilər, ya da əksinə. Onun hansısa hərəkətini dəhşətli dərəcədə romantik hesab edə bilərsiniz. Bunları həyat yoldaşınızla danışın. Bəlkə o, bhalı bir saat əvəzinə, bir dəstə gül almağı daha üstün tutur.

Xırda hədiyyələri sevənlər üçün bir neçə məsləhət:
 
İşdən evə dönərkən sevgilinizə, ya da həyat yoldaşınıza gül alın.

İndi centlmen olmaq tarixə düşmək kimi bir şeydir. Harasa gedən zaman sevdiyniz insana qolunuza girməyi söyləyin və hər yerdə belə gəzin.

Onunla görüşə getdiynizdə ilk öncə əllərindən tutub öpün və nə qədər gözəl göründüyünü deyin.

Sevgiliniz yatarkən, ya da televizora baxarkən əllərinizlə saçlarını, üzünü sığalllayın və sevdiyinizi hiss etdirin.

Boynuna və başına öpüşlər qondurun.

Sevgidə təcrübəsiz olanlar:

Sevgiliniz, ya da həyat yoldaşınız gimnastika ilə məşğul olurmu?Ona nə qədər yaxşı gimnast olduğunu deyin.

Gəzərkən ona baxıb gülümsəyin və əlini sevgi ilə sıxın.

Sevgilinizin ən çox oxuduğu qəzetə, ya da kitaba “Səni Sevirəm” sözlərini yazın. Bu ömür boyu onun yadından cıxmayacaq.

Sevdiyiniz insana komplimentlər deyin. Qadınlar hər zaman kompliment eşitmək istəyirlər, lakin heç vaxt kişilərə xoş sözlər demirlər. Ona mükəmməl bir ata, yaxşı ər, dünyanın ən romantik kişisi olduğunu deyin. İşlərinizdə sizə nə qədər köməkçi olduğunu bildirin.

Onunla görüşəndə, ya da işdən evə gələndə hər dəfə sarılın və nə qədər darıxdığınızı deyin.

Onun sevdiyi yeməkləri hazırlayın, ya da ən çox sevdiyi donduradan alıb onu təəccübləndirin.

Hər gecə sizin öpüşlərinizlə yuxuya getməsini təmin edin və onu buna alışdırın.

ŞƏRH YAZIN