Qadınlar Hansı Kişiləri Sevir?

0
3861
Qadınlar Hansı Kişiləri Sevir?

Qadınlar necə kişiləri sevər? "Social Psychological and Personality Science" jurnalında belə bir sorğu yer alıb. Sorğunun cavabları da olduqca maraqlıdır. Belə ki, qadınlar kişiləri saç və saqqallına görə bəyənib seçirmiş.

Qadınların gur saçlı kişilərə keçəl kişilərdən daha çox diqqət yetirdikləri bəlli olub. Amma seyrək saçlı kişilərdə keflərini pozmasınlar. Bu nəticə keçəl kişilərin heç şansı olmadığı anlamına da gəlmir. Çünki qadınlar, seyrək saçlı kişilərin daha ağıllı və böyük olduğunu düşünürlər. Sorğuda çəkici və güclü kişilərə baxanda ən az səsi seyrək saçlı kişilər alıb.

"Evolution and Human Behavior" adlı bir başqa jurnalda isə saqqalın evlilik düşüncəsində böyük rol oynadığını aydınlaşdırıblar. Qadınlar nə qədər seyrək saqqalı seçsələr də heç saqqalı olmayan və ya çox saqqallı kişilərin daha çox səs topladığı bəlli oldu.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN