Qadınların ən çətin seçimi!

0
1875
Qadınların ən çətin seçimi!

 Qadın olmaq nə zaman asan olub ki? Düşünün, qadınlar ailə və karyera arasında get gəl edirlər. Hər ikisində uğurludurlar. Amma bir gün bu iki yoldan birini seçməli olurlar və ən çətin iş də elə bu zaman başlayır. Biz ailə və ya karyera seçiminin mənfi və müsbət tərəflərini sizinlə paylaşırıq. Hansı yolla davam edəcəyinizə siz qərar verin.

 
Karyera seçiminin üstünlükləri:

Öz həyatını sevimli işinə həsr etmək imkanına malik olursunuz;
Kolleqalarınızın nüfuzuna və hörmətinə layiq olursunuz;
Maliyyə cəhətdən müstəqillik;
Geniş dünyagörüşü. 
 
Mənfi cəhətləri:

Boş vaxtın yoxluğu;
Ailədə münaqişələr;
Stresslər və orqanizmin yorulması ;
Köhnə dostların itirilməsi.
 
Evdar qadın özünü bütövlükdə ailəsinə həsr edir, evin quruluşu və ailə ocağının saxlanılması ilə məşğul olur. Kişini isə belə vəziyyət tamamilə razı salır. 

Ailə səadətinin müsbət tərəfləri:
 
Ev ilə məşğul olmaq və öz uşaqlarınızın yanında olmaq imkanı;
Xarici görünüşə və sağlamlığa qulluq;
Teatra və kinoya getmək imkanı;
Dostlarla görüşmək imkanı.
 
Mənfi cəhətləri:

Boş vaxtın çox olması bəzən sıxıntı hissi yaradır;
Ev işləri artıq vəzifəyə çevrilir;
Maliyyə asılılığı.
 
Karyera və ailəni uyğunlaşdırmaq çətin olsa da, qadınlar üçün qeyri-mümkün heç nə yoxdur. İşdə reallaşdıra biləcək istedadınızı gizlətmək lazım deyil, bundan başqa özünüzü şəxsi xəşbəxtlikdən də məhrum etməyin. 

Ən əsası ailə və karyeranı ayırmaqdır. Ofisdən gedərək bütün mənfi emosiyaları və problemləri orada tərk edin. Əgər işdə siz rəhbərsinizsə, bu zaman evdə doğma insanlarla sadəcə qadın olun. 

 

ŞƏRH YAZIN