Qadınların kişilərdən gözləntiləri

0
1718
Qadınların kişilərdən gözləntiləri

 Qadınlar kişilərdən nə gözləyir? Çox şey deməyin... çünki əslində qadınların kişilərdən istədikləri nə çətindir, nə də baha. 


Qadınlar kişilərdə zarafat qabiliyyəti, zəka, güc, gülər üz, təbiilik, səmimiyyət, sədaqət, comərdlik və sevgi tapmaq istəyir. Saydığımız xüsusiyyətlərdən hamısının deyil, bir neçə dənəsinin belə bir yerdə olması yetər, bir qadını kişiyə yaxınlaşdırmaq üçün ...

Zarafat qabiliyyəti
 
Kişinin ürəyinə gedən yol mədəsindən keçirsə, qadının ürəyinə gedən yol da kişinin zarafat qabiliyyətindən keçər. Qadınlar həqiqətən üzlərində gülüş yarada biləcək kişiləri xoşlayırlar. Amma hər şey çərçivədə olmalıdır. feel

Zəka
 
Qadınlar birlikdə olduqları kişinin başqalarından öz zəkasına görə fərqlənməyini istəyirlər. Təbii bu zəkanı sevdikləri qadına qarşı istifadə etmədikləri halda...

Güc
 
Bu güc sandığınız əzələ gücü deyil. Buna görə kişilər bütün boş zamanlarını idman salonlarında keçirmək məcburiyyətində deyildirlər. Bəhs etdiyimiz güc, mənfiliklərə qarşı sinə gələ bilmək gücüdür. Ümidsizliyə qapılmadan, sevdiyi qadına da dəstək olaraq mübarizə edən kişilər hər zaman bir addım öndədir.

Gülər üz
 
"Kişi ciddi görünməlidir" fikri çoxdan dəbdən düşüb. Gözlə ünsiyyət quran, içdən gülümsəməyi bilən kişilər qadınların ürəyini dərhal ala bilər.

ŞƏRH YAZIN