Qorxu Hissi

0
2284
Qorxu Hissi

Qorxu emosiyası psixologiyada son dərəcə mürəkkəb,çoxcəhətli bir fenomendir.Qorxu müasir cəmiyyətimizin bir çox sahələrinə nüfuz edərək reallığa çevrilmişdir.O varlığımızın fundamental emosiyasıdır və asılılığımızın təcəssümü kimi çıxış edir.Psixoloqlar qeyd edirlər ki,qorxu insan həyatının ayrılmaz hissəsidir və tədqiqatlar göstərir ki,qorxu emosiyası insanların dəhşətli hesab etdiyi emosiyadir.Belə ki,1971-ci ildə məşhur psixoloq Kerrol Izard müxtəlif ölkələrin nümayəndələri arasında bir çox tədqiqatlar aparmışdır.Tədqiqat zamanı insanaların ən təhlükəli hesab etdikləri emosiyanın qeyd olunması istənilmişdir və nəticədə insanlar ən çox qorxu emosiyasını qeyd etmişdilər.
Psixoloq Reyn Vall qorxu emosiyasını belə qeyd edirdi:qorxu daxilin,mənin özünə məxsus müdafiə mexanizmidir.Bunu orqanizmin bioloji səviyyədə qorxu zamanı verdiyi reaksiyalardan da görmək olar.Belə ki,qorxu hissi keçirən zaman qana adrenalinin ifrazı artır ki,bu da orqanizmdə hormonal partlayışa səbəb olur.
Psixoloqlar qeyd edirlər ki,qorxunun yaranma səbəbləri müxtəlif ola bilər,lakin bəzən qorxunu yaradan konkret səbəbi qeyd etmək çətindir.Psixoloq Qrey qorxunu yaradan səbəbləri 4 kateqoriyaya ayırmışdır:yeniliklərdən qorxma,intensivlikdən qorxma, təkamül prosesində formalaşmış təhlükə siqnallari və sosial təsir zamanı yaranan qorxu.
Psixoloq Boulbi isə qorxunun anadan gəlmə determinantlarını qeyd edirdi ki,bunları da təbii stimul  və onlardan törəmə kimi ayırmışdır.Təbii stimullara tənhalıq,yadlıq, qəfildən yaxınlaşma,gözlənilmədən dəyişmə,hündürlük və ağrı aiddir.Tədqiqatlar nəticəsində qorxu emosiyasını yaradan səbəblərin müxtəlif olması 100-dən çox qorxu növünün ayırd edilməsinə səbəb olmuşdur.Lakin qorxunun aradan qaldırılması üçün müxtəlif psixoloji təsir üsullarından istifadə etməklə qorxunun davamlı xarakter daşımasının qarşısını almaq olar.
Psixologiyada qorxu emosiyasından danışarkən qorxu emosiyasının diferensasiyasına da böyük əhəmiyyət verirlər.Qorxu emosiyasının dəqiq göstəricisi kimi mimik vasitələr çıxış edir.Qorxu hissi keçirən insanda adətən qaşlar qalxır,burunun üst hissəsinə yaxınlaşmış şəkil alır, alın mərkəzində üfüqi qırışlar əmələ gəlir,get-gedə dərinləşir,gözlər geniş açılmış,göz qapağı azca qalxmış olur.Bundan əlavə ağız yarı açıq,ağızın küncləri isə dartılmış vəziyyətdə olur.Beləliklə də,insanın mimikasına baxmaqla qorxu hissini yaşamasını aydın görmək olur.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN