Sevgi Etirafı 88 Gün Çəkir

0
3402
Sevgi Etirafı 88 Gün Çəkir

Amerikalı alimlərin apardığı araşdırmalardan bəlli olub ki, kişilər ən tez sevgi etiraflarını 88 gün sonra edirlər. Psixoloqlar bu müddət ərzində kişilərdə əminlik hissinin daha yaxşı formalaşdığını bildirirlər. Kişilərdən fərqli olaraq qadınlarda etiraf ən azı 138 gün sonra baş verir. Araşdırmalardan əldə edilən göstəricilərə görə kişilərin 39%-i sevdikləri xanımları ailələri ilə tanış etsələr də, qadınların 23%-i bunu etməkdən çəkinirlər.

Kişilər sevərkən bunu çox rahatlıqla dilə gətirsələr də, qadınlar üçün  vəziyyət tam fərqli olur. Kişilərin 80%-i sevdiklərinə qarşı unutqan olurlar. Araşdırmalarda kişilərin 80%-nin özəl günləri unutduğu bildirilsə də, onların sevdikləri xanımın əlindən ilk dəfə tutduğu günü unutmadıqları bildirilib. Bəlli olub ki, kişilərin 37%-i evlilikdən sonra 1 il boyunca həyat yoldaşlarında onlara qarşı qorxu yaratmaqda qətiyyətli olurlar.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN