Sevginin qaydaları!

0
3205
Sevginin qaydaları!

 Doğru insanı tapmaq və dillərə dastan möhtəşəm bir sevgi macəranız olsun istəyirsinizsə, o zaman əməl etməniz gərəkən qaydalar var. Bəzi insanların sevgidə bəxti gətirmir. Bu isə onun həyatına mənfi təsir edir və depressiyaya salır. Bəzilərinin isə sevgidə bəxti gətirir. Özünü xoşbəxt edən birini tapır və münasibətləri qayadasında olur. Onlar sevginin qaydalarını bilir. Bəs, bunu necə bilirlər? Yazar Richard Templar sevgini tapmağın yollarını “Sevginin qaydaları” adlı kitabında izah edib. Kitabda 12 min qızıl qaydalar yazılıb. 


Qayda 1: Özünüz olun
 
Həqiqətən də xoşunuza gələn biri ilə tanış olduğunuz zaman özümüzdən başqa və onun bəyənəcəyi bir insan yaratmağa çalışırıq. Lakin bütün həyatımızı uydurma insanın adı altında gizlətmək yorucu prosesdir. Əsl sima və xarakter üzə çıxdığı zaman isə qarşı tərəf xəyal qırıqlığına məruz qalacaq və uzaqlaşacaq. Yəni, onu itirməmək üçün başqa olmaqdansa, olduğunuz kimi davranın. Bəlkə bu halnızı daha çox sevəcək.

Qayda 2: Yeni bir sevgiyə yaralı halda başlamayın
 
Son sevginiz yaxşı bitməyibsə və depressiyalı bir haldasınızsa, yeni bir eşqə başlamayın. Həm qarşı tərəfə, həm də özünüzə haqsızlıq etmək istəmirsinizsə, yaralarınızın sağalmasını gözləyin. 

Qayda 3: Yalnız qalma qorxusundan uzaq olun
 
Bir çox qadın sırf yalnız qalma qorxusundan xilas olmaq üçün kişilərlə ünsiyyət qurur. Halbuki, yalnızlıqla razılaşıb və sizə lazım olan insan qarşınıza çıxana kimi tək qalmaq daha faydalıdır. Lazımsız təcrübələrlə ancaq həyatınızı korlaya və özünüzə olan hörməti azalda bilərsiniz. Bir sevgi bədbəxt edirsə, ona son verib tək qalmaq daha yaxşıdır. 

Qayda 4: Doğru adamı tapmaq 
 
Araşdırmalar göstərir ki, qadınların çoxu ilk dəfə görüşdüyü kişinin ona lazım olan adam olub-olmadığını hiss edir. Ancaq istisnalar da mövcuddur. Bəzən isə bizə lazım olan insan olub-olmadığını ancaq toy günü başa düşürük. Yazar kitabında qeyd edir ki, araşdırmada iştirak edən boşananların çoxu toy günü şübhə içində olub. 

Qayda 5: Güldürən adamı seçin 
 
Araşdırmalar göstərir ki, qadınlar ən çox onları güldürən kişilərlə evlənir və xoşbəxt olur.

Qayda 6: Səhvlərinizdən dərs alın 
 
Davamlı olaraq sizin xarakterinizə uyğun olmayan biri ilə görüşürsünüzsə, bunda sizin də payınız ola bilər. Buna görə də yola kiminlə çıxdığınızı iki dəfə düşünün. Əks halda uğursuz sevgilər zəncirində itib-batacaqsınız. 

Qayda 7: Onu dəyişdirməyə çalışmayın 
 
Onu olduğu kimi qəbul edin. Ya da münasibətləriniz ciddi vəziyyət almamış yarı yolda qoyun. İnsanların xarakterlərinə görə cəzalandırmaq olmaz. 

Qayda 8: Sizin özəl olduğunuzu hiss etdirirmi? 
 
Hamı yaxşı sevgili ola bilməz. Sevgiliniz sizə heç bir xüsusi diqqət göstərmir və qayğı hiss etdirmirsə, göndərin getsin. 

Qayda 9: Hisslərinizlə üzləşin 
 
Onunla yaxşı vaxt keçirdiyinizə, ortaq maraqlarınızın olduğuna və sizi sevdiyinə inanırsınız. Lakin bütün cəhdlərinizə baxmayaraq, onu sevə bilmirisiniz... Bu halda ona və özünüzə bir yaxşılıq edin və münasibətlərinizə son qoyun. 

Qayda 10: Ortaq məxrəclər 
 
Onun sizin axtardığınız bir insan olduğunu düşünürsünüzsə, hər şey qaydasındadır. Bəs, onun gələcək planları haqqında nə bilirsiniz? Gələcəkdə sürprizlər yaşamaq istəmirsinizsə, hər şeyi xırdalıqlarına qədər müzakirə etməkdə fayda var.

ŞƏRH YAZIN