Xoşbəxt Ailə Üçün Məsləhətlər!

0
1613
Xoşbəxt Ailə Üçün Məsləhətlər!

Dünyanın hər yerində evliliklər bir müddətdən sonra bütün həyəcanını itirir. Hətta "kaş ailə qurmazdım" deyə düşünənlər də olur. Dağılmaq təhlükəsi ilə üz-üzə qalanlar da az deyil. Boşanma, işlə əlaqədar narahatlıq, ata və ya ananın tənha uşaq böyütmə qorxusu - bütün bunlar böhranın yaranmasına səbəb olur. Bu gün ailələr nə üçün belə ciddi problemlərə məruz qalırlar? Bu suallara cavab almaq üçün biz nigahın və ailənin meydana gəlməsini hikmətini bilməliyik. Şübhəsiz bunu da bilməliyik ki, "Allahın birləşdirdiyini insan ayırmamalıdır".

Bəli, Allah ilk insanları yaratdı ki, onlar xoşbəxt ailə olsun. Allah ilk kişi ilə qadını nigahda birləşdirdi və dedi ki, "kişi arvadına bağlanacaq və bir bədən olacaqlar". Əgər bütün bunlara riaət edilsəydi, bu günkü ailə problemləri də olmazdı. Bildiyimiz kimi müasir dünya insanları xudbinliyə və özündən razılığa cəhd edirlər.  Lakin var-dövlət dalınca qaçmaqla bir şey əldə edə bilməzsiniz. Əslində varlanmaq meyli ailə həyatının ən güclü təhlükələrindən biridir. Çünki o insanlar arasındakı münasibəti pozur və onların vaxtlarını alır. Buna zidd olaraq yalnız iki məsələni, xoşbəxtlik üçün nəyin vacib olduğuna diqqət yetirək:

"Sevgi olan yerdə göyərti yemək, düşmənliklə yeyilən bəslənmiş öküzdən yaxşıdir" ." Əmin-amanlıqla bir tikə quru çörək, dava-dalaşla dolu ziyafətdən yaxşıdir". Çox əhəmiyyətli məsələdir, elə deyilmi? Təsəvvür edin: əgər hər ailə yuxarıdakı sözlərə üstünlük versəydi dünya tamam başqa olardı.

Kişilərə deyilən: " həyat yoldaşınızı öz bədəniniz kimi sevin" - fikri sadə, amma faydalı bir məsləhətdir. Ərlərə, "həyat yoldaşınıza hörmət edin." məsləhəti o deməkdir ki, ər burada nəciblik, anlayış və etibarı göstərməklə həyat yoldaşına diqqət yetirməlidir. O həm də həyat yoldaşının fikrini qiymətləndirib onu dinləməlidir. Əgər ər qayğıkeşliklə həyat yoldaşına münasibət göstərirsə , bunun hər bir ailəyə fayda verdiyini görmüş olarıq.

Qadınlara deyilən: "ərinizə hörmət edin" - fikri onu nəzərdə tutur ki, qadının ərinin ağır vəzifəsini yerinə yetirməsinə kömək edərək, ailənin xoşbəxtliyinə imkan yaradır. Nəzərdə tutulan elə budur. Çünki Allah qadını kişi üçün" uyğun bir köməkçi" onun tamamlayıcısı kimi yaradıb. Qadın  həyat yoldaşının qərarlarına tabe olub, ailənin uğurlarında onunla  əməkdaşlıq edib hörmət göstərdiyi zaman, bunun ailə həyatı üçün necə xeyir-dua olduğunu görərik.

Ər-arvada deyilən: "ərlə arvad bir-birinə sədaqətli olmalıdırlar" - fikri isə onlar bir-birlərinə sədaqətli olduqda, ailə həyatının mütləq fayda tapmasından xəbər verir. Əksər hallarda zinakarlıq ailələri dağıdır. Vaxtınızı evinizə, ailənizə və həyat yoldaşınıza sərf edin. Bu xoşbəxtliyi kənarda axtarmayın.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN