Xoşbəxt evliliyin açarı tapıldı

0
2282
Xoşbəxt evliliyin açarı tapıldı

 Əgər kişilər ev işlərində xanımlara yardım edirlərsə, o evlilik həm uzunmüddətli olar, həm də xoşbəxtlik hökm sürər. İnanmırsınız? ABŞda edilen bir araşdırmada bu həqiqət öz əksini tapıb. 


Araşdırmaya görə, cütlüklər əgər evliliklərində xoşbəxt olmaq istəyirsə ev işlərini birlikdə etmələri lazımdır. 

Xüsusilə kişilərin ev işlərində yoldaşlarına köməkçi olması xoşbəxtliyin açarı demekdir. Bu ABŞ-da 160 hetereoseksual cütlük arasında edilən araşdırma sonunda məlum olub. Yaşları 25 ilə 30 arasında dəyişən bu cütlüklərlə edilən araşdırmada kişilərin ev işlərində köməkçi olmaları təqdirdə evliliyin daha xoşbəxt ve uzun sürdüyü müəyyənləşdi. Araşdırmaya qatılan cütlərin evlilikləri ortalama beş il ve yaşı beş ve daha az olan en az bir uşaqları vardı.

Qadınların 40 %-i tam gün bir işdə işlədiyini bəyan etdi. Bu işdə cütlərin ev işlərinin mesuliyyəini paylaşmaları müşahidə edildi və ev işlərinin ər-arvad əlaqəsinə necə təsir etdiyi araşdırıldı.

Araşdırmaya liderlik edən Missouri Universitetinden Adam Gaovan məsuliyyəti paylaşmanın ev işlərini bərabər şəkildə etmək mənasını vermədiyini söylədi. Galovan "Paylaşma cütlərin ferqli şey etməsi mənasına gələ bilər. Uşağın bezini növbəli dəyişmək və ya biri uşaqlara baxarkən digərinin yeməyi hazırlaması kimi. Bunların birlikdə və qarşılıqlı edilməsi, işbölümü mövzusunda razılaşmaya gəlinməsi cütlərin hər ikisinə də faydalı ola bilər. Qadının daha çox məmnun olması kişinin ailə işlərinə bağlı olmasına bağlıdır. Beləliklə əlaqə də yaxşı bir şəkildə sürər" dedi.

Galovana görə ev işlərini görmək və uşaqlara birlikdə baxmaq ərin arvadıyla yaxşı bir əlaqəsinin olduğunu göstərməsi baxımından əhəmiyyətlidir. Beləliklə bu yaxınlıq yaxşı bir əlaqənin də təməlini qoyur.

Prof. Galovana görə ata ilə uşaqların arasındakı elaqə qadın üçün əhəmiyyətlidir. Bu əlaqə qüvvətli olduğu zaman cütlərin evlilikləri daha uzun sürər ve daha xoşbəxt olarlar.

Ekspertlər bundan elavə uşaqlarla axşam yeməyində birlikdə olmağın əhəmiyyətinə də işarə edir.

ŞƏRH YAZIN