Xoşbəxt Nigah Üçün Etməniz Gərəkənlər!

0
1657
Xoşbəxt Nigah Üçün Etməniz Gərəkənlər!

Yeni ailə həyatı qurmusunuz və evliliyinizin mükəmməl şəkildə davam etməsini istəyirsinizsə, o zaman bir neçə məsləhətə ehtiyacınız var. Gözəl və sağlam bir əlaqə üçün bunları edin:

- Sizə həmişə hədiyyələr almasını, davamlı sizinlə maraqlanmasını gözləməyin. Siz yetkin bir qadınsız və həmişə maraq gözləməniz ona darıxdırıcı gələ bilər.

- Bir əlaqədə güzəştə getmək ikitərəfli olmalıdır. Həmişə siz güzəştə gedirsizsə, bu vəziyyətdə bir səhv var deməkdir. Eyni vəziyyət qarşı tərəf üçün də keçərlidir. Unutmayın, sağlam bir əlaqə üçün qarşılıqlı fədakarlıq olmalıdır.

- Bir kişini dəyişmək çox çətindir. Ona görə də onu olduğu kimi qəbul edərək, bir-birinizə uyğunlaşmağa çalışın.

- Əlaqənizə həyəcan qatmaq istəyirsinizsə, onunla həyəcanı fərqli yerlərdə axtarın. Məsələn, fərqli məkanlarda edəcəyiniz kiçik eşqbazlıqlar aranızdakı sevgini gücləndirər.

- Hər şeyə tez hirslənməyin. Hadisələrin nə olduğunu öyrənin və yersiz çıxışlar etməyin. Hirsinizi nəzarət altında saxlamağı bacarın. Əks halda həm sağalmaz yaraların açılmasına səbəb olar, həm də gərəksiz qəlb qırarsız. Təbii ki, eyni şey onun üçün də keçərlidir. Sizə qarşı gözəl rəftar etməsini təmin edin.

- Boş vaxtlarınızda gözəl anlar, romantik dəqiqələr keçirin. Bir-birinizə çox vaxt ayırmağa çalışın. Bu sizin əlaqənizi sağlam, uzunömürlü edər.

- Onu xırda problemlərinizlə bezdirməyin. Həmişə bir şeylərdən şikayət etməniz və ya narazılığınız onu sizdən yavaş-yavaş uzaqlaşmasına səbəb olar. Əlaqənizi lazımsız problemlərlə qısaltmayın. Həyata qarşı enerjili olun və bunu ona da göstərin.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN