Xüsusi Qadınların Xüsusiyyətləri

0
4759
Xüsusi Qadınların Xüsusiyyətləri

Hər kişi üçün onu başdan çıxaracaq bir qadın var, hansı ki o qadın onun həyatında xüsusi bir yer tutar. Yaxşı bəs həmin qadınları xüsusi edən nədir? Gəlin birlikdə öyrənək. Başdan çıxarıcı xüsusi qadınların 10 xüsusiyyəti:

- Əvvəlcə özünə sahib çıxar. Həyatını dürüstlüklə qazanar, şərəflidir, əlini açıb gözləməz.

- Kişini izləməz. Ayın, günəşin ya da ulduzların yalnız kişinin ətrafında dönmədiyini yaxşı bilir. Nazlı qadın kişinin arxasından ümidsizcə qaçmış, ya da ona addım-addım, davamlı nəzarət etmir. Qısacası, dünyasının mərkəzi yalnız maraqlandığı və ya həyatında olan kişi deyil. 

- Sirlidir... Dürüstdür, lakin hər sirrini bir anda açmaz. Başqalarının sirlərini də yüksək səslə, göstərişlə açmamağa çalışar. 

- Kişini zamanla, öz maraqları içində sərbəst buraxması lazım olduğunu yaxşı bilir. Onunla hər gecə görüşməz, onun başına "fırlanmaz" çünki görülməli başqa işləri də vardır. Cib telefonuna uzun-uzadı mesajlar yazaraq virtual bir sevgiliyə çevrilməyi də sevməz. Kişi, onu sevgi və həsrətlə gözləməlidir. 

- Səhvə əsla icazə verməz. Ancaq incik olduğunda da özü ilə ünsiyyət qurulmasına mane olar. Özünə gəlib əhvali-ruhiyyəsi durulduqda isə, lazım bilərsə, incik olduğu mövzudan özü söz açar. 

- Zamanın nizamını əlində tutar. Həyatındakı kişi ilə arasındakı ünsiyyətin açarı yalnız onun əlindədir. Ancaq bunu qarşısındakına əsla bildirməz. 

- Zarafat anlayışını davamlı inkişaf etdirər. Sahib olduğu yumor anlayışı ilə həyatındakı kişini gülümsətməyi bacarar. 

- Özünə dəyər verir. Kompliment qarşılığında gülümsəyərək təşəkkür edir. Həyatındakı kişinin köhnə əlaqələrini çözələməz və özünü başqa qadınlarla müqayisə etməz. 

- Həyatındakı kişidən əlavə işləri də vardır. Hobbiləri, dostları, işi və ya ailəsi də onun üçün yaşadığı eşq qədər əhəmiyyətlidir. Ancaq heç biri,bir digərinin önünə keçməyəcək qədər yaxşı tarazlanmışdır. Həyatındakı kişi o an üçün yanında olmadıqda və ya ona zaman ayıra bilməyəcək qədər işgüzar olduğunda bu vəziyyətdə dərd çəkməz, çünki özünü əyləndirəcək başqa məşğuliyyətləri də vardır. 

- Bədəninə diqqətlə yanaşır. Görünüşünə və sağlamlığına əhəmiyyət verir. Özünə olan hörmətinin fiziki görünüşünə də əks olunması lazım olduğuna inanır.
 
 
Korrektor:Əhmədova Sevinc

 

ŞƏRH YAZIN