Depressiyadan Çıxış Yolu

0
1970
Depressiyadan Çıxış Yolu

Depressiyya insanın ruh halına ziyan vurur. Ona görə tez zamanda depressiyadan qurtulmaq məsləhətdir. Sizə depresiyyadan xilas olmaq üçün psixoloq məsləhətini təqdim edirik. 
Depressiyadan çıxış yolunu isə qadınlar adətən yeməkdə görürlər. Amma belə qidalar gözlənildiyi kimi xoşbəxtlik yox, artıq çəki, yorğunluq gətirir. 
Bəs payız depressiyasından necə qurtulmaq olar?
Payız depressiyasından qurtulmaq və ya tez çıxmaq üçün bir neçə sadə yolu oxucularımıza təqdim edirik. 
Sağlam qidalanın. Karbohidrat və şəkər qan şəkərinin qəfil dəyişməsinə, yorğunluğa səbəb ola bilər. Meyvə tərəvəzin rasiondakı yerini çoxladın. 
Müntəzəm yuxu yuxulayın. Eyni saatda yatıb, qalxmağa çalışın. Bu enerji səviyyənizi tənzimləyəcək. Mövsümü dəyişikliklərə qarşı daha güclü immunitetə sahib olacaqsız. 
Günə yaxşı səhər yeməyi ilə başlayın. Ac qarına evdən çıxmaq ətraf mühitin daha tez təsirinə düşmənizə səbəb ola bilər.
Dostlara vaxt ayırın. Sevdiyiniz insanlarla zaman keçirmək sizi xoşbəxt edəcək. 
İşdə fasilələr verin. Payızda işlər çoxalır. Amma zehninizin rahatlaması üçün qısa fasilələrlə işləyin. 
Həzz alacağınız işlər görün. Yeni hobbilər, planlarla məşğul olun. Bu özünüzü daha yaxşı hiss etməyə kömək edəcək. 
Yaxşı tətili unutmayın. Gözəl tətil keçirdiyinizi və keçirə biləcəyinizi unutmayın. Bu xatirələr sizi motivasiya edəcək. 
Sosial həyatınıza, kino, teatr kimi sosial fəallığa diqqəti artırın. 
Qısa yürüyüşlər edin. İdman həm fiziki sağlamlığınız, həm də gözəlliyiniz üçün vacibdir. 
Bütün bu addımlardan sonra hələ də özünüzü depressiyada hiss edirsinizsə, mütləq mütəxəssis köməyi alın.

 

Korrektor: Əliyeva Aynur

 

ŞƏRH YAZIN