Əsrin bəlası - Depressiya!

0
2284
Əsrin bəlası - Depressiya!

 Depressiya son zamanların ən çox yayılan bəlasıdır. ABŞ-da Milli Ruh Sağlamlığı İnstitutunun verdiyi rəqəmlərə görə, yalnız ABŞ-da 20.9 milyon adam psixoloji pozğunluq, bunların 14.8 milyonu isə major depressiya yaşayır. Bu kəslərdə davamlı kədərin də daxil olduğu 5 ana ruhi əlamət, 2 və ya daha uzun müddətlərdə görülür.


Yuxu problemləri

Depressiyadakı kəslər gündəlik fəaliyyətləri reallaşdırmaqlarına mane ola biləcək yuxu problemləri yaşaya bilər.Məsələn yuxuya getməyi güc olduğu və bütün gecə boyunca yuxuyla oyanıqlıq arasında gedib gəlmələrinə səbəb olan "insomnia" görülə bilər. Bəzi kəslərdə isə tam tərsi ortaya çıxa bilər.Insan uzun saatlar boyunca yatdıqdan sonra belə yataqdan çıxmaq istəməyə bilər. Hər iki vəziyyətdə də insan məktəbə, işə getməkdə çətinlik çəkər və gündəlik işlərini yerinə gətirə bilməz. İki yuxu pozğunluğu da enerji və konsentrasiya əskikliyinə gətirib çıxarar.

Səbəbi bilinməyən ağrılar

Bəzi xəstələr hər hansı bir yaralanma və ya xəstəliyə bağlı olmadan səbəbsiz ağrılar yaşaya bilər. Ağrılar nizamlı olaraq görülə bilər. Depressiyanın fiziki əlamətləri arasında ən çox göstərilən ağrılar mədə ağrıları, baş ağrıları və kürək bölgəsində yaşanan ağrılardır. Mədə krampları və mədə bulanması kimi həzm sistemində yaşanan səbəbsiz problemlər depressiyanın bir əlaməti olaraq yaşana bilər. Bu ağrılar ümumiyyətlə dərmanla yaxşılaşmaz və həkimə getmənizə baxmayaraq səbəbinin nə olduğu müəyyənləşməz.

İştah və kilo dəyişməsi

Bütün depressiya xəstələrində görülən bir əlamət olmamasına qarşı iştah azalmasına bağlı kilo itkisi yaşana bilər. Hətta bəzi xəstələrdə iştah açıla bilər və kilo arta bilər. Mövsümi yaşanan duygudurum pozğunluqlarında çörək, makaron kimi karbohidrat ehtiva edən qidalara qarşı istək arta bilər.

Yavaşlayan Hərəkətlər

Depressiyadakı bəzi kəslərdə hərəkətlər yavaşlayar. Hərəkətlərin yavaşlamasına danışma və reaksiyalara yoldaşlıq edə bilər. Bunun səbəbi olaraq yuxusuzluğa bağlı yaşanan enerji əskikliyi göstərilməkdədir.

ŞƏRH YAZIN