İş Yerindəki Stressi Evə Gətirməyin!

0
1788
İş Yerindəki Stressi Evə Gətirməyin!

İş stressi sadəcə karyera uğurunu deyil, insanlar arasındakı münasibətləri də pozur. Aparılan araşdırmalara görə, iş yerində olan stress cütlüklərin münasibətini pozur və hətta boşanmağa belə səbəb ola bilir...

İş yerindəki stress boşanmağa səbəb olur!
İş yerindəki stress cütlüklərin arasınında gərginlik yaradır və hətta boşanmağa da səbəb ola bilir.
Florida Universiteti tərəfindən aparılan bir araşdırmada iş yerində stressli olan insanların ailə münasibətləri və problemləri yoxlanıldı:
400 evli cütlüklə aparılan sorğunun nəticəsinə görə, stressli hallarda həyat yoldaşının köməyini görməyən insan boşanmağı düşünməyə başlayır.
Evdə hər problemini deyən və digər ailə üzvlərindən kömək alan insanların həm ruhi vəziyyətləri, həm də münasibətləri daha yaxşı olur. Bundan başqa evdə xoşbəxt bir həyat tərzi olan üzvlər özlərini daha az yorğun hiss edirlər.
Tədqiqatçılardan Doktor Vayne Hoxvarterə görə, heçnə demədən həyat yoldaşını dinləmək və məsələni həll etməyə çalışmaq bir ailədə olması lazım olan ən vacib məsələdir. Həyat yoldaşınız problemini deyəndə onun bunu böyütdüyünü demək əvəzinə ona qulaq asıb həll yolu axtarmaqla aranızdakı münasibəti daha da gücləndirmiş olacaqsınız. Belə ki, həyat yoldaşından lazımı köməyi görməyən insanların bir müddət sonra artıq özlərinə qapandığı və problemlərini gizlətdiyi müşahidə olunmuşdur.
 
Tərcümə etdi: Könül İsgəndərli
 

ŞƏRH YAZIN