Özünüzü çox yorğun hiss edirsiniz?

0
1510
Özünüzü çox yorğun hiss edirsiniz?

 Bəzən insan özünü çox yorğun, tükənmiş hiss edir. Yorucu həyat, gərgin iş, problemlər... insan nə edəcəyini bilmir. Kəskin yorğunluq sindromunun ölduğunu bəlli edən əlamətlər var. Bu əlamətlərin 4-nün olması belə həmin şəxsin bu sindromdan əziyyət çəkdiyini göstərir. 


1. Qeyri-stabil emosionallıq səbəbsiz əsəbilikdə və kobudluqlarda ifadə olunursa.

2. Tez hiss edilən baş ağrıları və ya baş gicələnmələri;

3. Yuxunun pozulması və ya tez-tez qəfil oyanmalar;

4. Gözlərdə ikili görmə və ya gidişmə halları;

5. Ürək döyüntürinin artması, taxikardiya halları;

6. Əllərdə barmaqların keyiməsi və ya donması halları.

İkinci dərəcəli əlamətlər isə:

1. boyun əzələlərinin sərtləşməsi,

2. kürək nahiyədə ağrılar, 

3. gözün içinin saralması və ya çox qızarması,

4. barmaq uclarının gərginliyi.

Səbəbləri:

Normadan artıq fiziki və psixoloji yüklənmələrdir. İnsanın çox zaman həyatını mənasını yalnız işdə görməsi, özünün fiziki imkanlarını diqqətə almaması onun orqanizminə çox pis təsir göstərir. İnsan öz fəaliyyətini düzgün planlaşdırmalıdır, işdən sonra dincəlməyi, hər iki fəaliyyət zamanı zövq almağı bacarmalıdır.

Aradan qaldırılması yolları:

İlk növbədə orqanizmin aktivliyini artırmaq lazımdır. Qan sürətinin artması nəticəsində toxumalar qanla daha yaxşı təhciz olunur.Bunun üçün masaj, idman, səhər qaçışı çox faydalıdır.

Masajı kürək əzələlərinə, barmaq və qollara, eləcə də qulaqların kənarlarına etmək çox faydalı olur.

Düzgün qidalanma: təbii. spirtsiz içkilərdən və konservatsız qidalardan istifadə etmək, açıq havada olmaq lazımdır.

Bol-bol gəzmək, sevdiyiniz insanlarla ünsiyyətdə olmaq, fərqli yerlərdə olmaq, bostan və ya bağda işləmək, güllər becərmək də faydalı olur.

ŞƏRH YAZIN