Stress Həyatınızı Məhv Edir

0
1475
Stress Həyatınızı Məhv Edir

Stress insan həyatını məhv edən səbəblərdəndir. İstər fiziki, istərsə mənəvi cəhətdən stress insanın həyatına çox təsir edir. Buyurun, diqqətlə oxuyun və düşünün.

Dəyərli keyfiyyətləriniz azalar. Qərarsız vəziyyətiniz getdikcə çoxalar. Həyatdan zövq almamağa başlayarsınız. İnsanlardan hətta sevdiklərinizdən uzaqlaşarsınız. Əsəbilik, nifrət, küskünlük bu kimi hisslər sizdə tez–tez özünü büruzə verər. Başqalarına və özünüzə olan dəyər və güvənsizlik artmağa başlayar. Anlayışlı düşünə bilmərsiniz. Ətrafımızdakı bəzi insanlar streslə mübarizə üçün bir çox yollara əl atırlar. Məsələn: bəziləri artıq dərəcədə içki içir, bəziləri siqaret çəkir, bəziləri isə həddindən artıq yemək yeyərək stresdən azad olacaqlarını zənn edirlər. Amma bunların heç biri çarə deyil. Problemi başqalarında axtarmayın. Ən birinci özünüzü dinləməyə çalışın. Daha savadlı və biraz məlumatlı olsaq, əslində hər şeyin öhdəsindən gələ bilərik. Məsələn, xəstə olarkən necə sağalmağı bacarırıqsa, həyatda da hər bir problemin öhdəsindən gələ bilərik. Bəzi şeylərin tətbiqi çox asan olsa da, həyatımızı dəyişdirəcək qüvvəyə malikdirlər. Gəlin, bu kiçik, amma dəyərli məsləhətlərə baxaq.

Müsbət fikirləşmək

Mənfi bir fikir ağlınıza gəldiyi vaxt o cümləni müsbət hala gətirin. Bir az fikirləşin, əgər beyniniz mənfi bir fikir yaradırsa, bəs onun müsbətini niyə yaratmasın ki? Mənfi fikirləri beyninizdə müsbətə doğru dəyişin. Yenə bunun üçün özünüzə qarşı diqqətli olun. Özünüzə dürüstcə cavab verin. Cavabınız mənfidirsə, o düşüncəni tamamilə dəyişdirin. Məsələn: “Bu işi səhv etdim, artıq beləcə də gedər” yerinə “Düzdür, bu işi səhv etmişəm, amma bu səhvimdən dərs çıxartmalıyam ki, bir də belə səhv etməyim”. Buna alışana qədər ağlınıza gələn bütün mənfi düşüncələri qovun.

Hər zaman yeni bir gün üçün hazırlıqlı olmaq

Yığıncaqlar, imtahanlar, yeni layihələr, təqdimatlar, bunlar həyatda həmişə olacaq və sizin zamanınız həmişəki kimi o qədər də çox olmayacaq. Bunlar eyni zamanda həyatın həyəcanı və bir parçasıdır. Əsas odur ki, siz özünüzü hər zaman bunlara hazırlayın. "Sabah həyatımın ən böyük imtahanı olmayacaq və müvəffəqiyyətli olmaq mənim öz əlimdədir və mən müvəffəqiyyətli ola bilərəm, çünki daha əvvəl də müvəffəqiyyətli oldum". Keçin güzgünün qarşısına və müvəffəqiyyətli günlərinizi xatırlayın. Başqalarına verdiyiniz məsləhətləri özünüzə verin və əsla məqsədinizdən əl çəkməyin.

Başqa problemlərə yönəlmək

Əgər başınızda bir problem varsa və ya sizin problem hesab etdiyiniz bir şey varsa, çalışın özünüzü stresə doğru çəkməyin. Problemin çarəsini axtarmağa başlayın. Tutaq ki, bir iki gün ərzində bir işi təhvil verməlisiniz. Əgər siz vaxtın az olduğunu düşünüb həyəcanlansanız, bu zaman işinizi yerinə yetirə bilməyəcəksiniz. Amma sakit başla işləsəniz, bu zaman işiniz də çox gözəl olacaq.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN