Tıxacda Qalan Sürücülərə Qızıl Qaydalar!

0
1774
Tıxacda Qalan Sürücülərə Qızıl Qaydalar!

Hər bir sürücünün ən böyük problemlərindən biri tıxacdır. Hələ ki, bu tıxac uzunmüddətlidirsə... Belə olan halda əsəbləşməmək əldə deyil, amma bir neçə addımla əsəblərinizə hakim ola bilərsiniz. Tıxacda uzun müddət qalmaq insan psixologiyasına mənfi istiqamətdə təsir göstərdiyini bildirən psixoloqlar bu mövzuda bir sıra təkliflərini irəli sürüblər.

1.Yola mümkün olarsa, istirahət etmiş, yuxunuzu almış və qarınınız tox halda çıxın.

2. Nəqliyyat vasitələrinin daxili istiliyinin çox yüksək və ya çox aşağı olmamasına diqqət edin.

3. Oturduğunuz kreslonun bədəninizə uyğun bir mövqedə olmasına diqqət edin, uzun saat tıxacda qaldığınızda kreslonun mövqeyində dəyişiklik etmək yaxşı təsir edə bilər.

4. Dinlədiyiniz musiqi və ya radio proqramının diqqətinizi dağıtmadığından əmin olun.

5. Yola çıxacağınız saatı və alternativ yolları planlaşdırın.

6. Yanınızdakı yoldaşınızla hər hansı bir mövzu haqqında danışmaqdan, müzakirə etməkdən uzaq durun.

7. Yolda hər hansı səhv edən başqa bir nəqliyyat vasitəsi gördüyünüz zaman sizin daha da diqqətli olmağınız lazım olduğunu düşünün.

8.Avtomobildə zamanınızı qiymətləndirmək istəyirsinizsə, səsli kitablar dinləyə bilərsiniz.

9. Birbaşa sizin təhlükə altında qaldığınız vəziyyətlərdə əsəbləşmək çox təbiidir, ancaq şiddət məzmunlu ifadələr işlətmək və ya hərəkətlər etmək mühiti daha da gərginləşdirir.

10. Tələsmək sizin gedəcəyiniz yerə tez çatmağınızda kömək etməz.

Bütün bu məsləhətləri nəzərə alarkən təbii ki, yol qaydalarına riayət etməyi də unutmayın.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN