Yaradıcı Işlə Məşğul Olun Ki ...

0
753
Yaradıcı Işlə Məşğul Olun Ki ...

Yaradıcı bir işlə məşğul olmaq stresi azaldırmış. Bəli-bəli. Əl işləri stressi azaldaraq daha sağlam bir yaşamın qapılarını açır. Sizə yaradıcı bir işlə məşğul olmağın müsbət tərəflərini təqdim edirik:

Ruha yaxşı təsir edir - Əl işləri insanların ruh halına mübət təsir edərək onların xoşbəxt hiss etməsinə səbəb olur. Araşdırmalarla toxuma, tikiş kimi əl işlərinin depresiyyanı yüzdə 50 nisbətində azaltdığı ortaya çıxıb.

Stresi azaldır – Mütəmadi bir şeyi etmək həm diqqəti tək bir nöqtədə toplayaraq zehni fəaliyyəti artırır, həm də stress və sıxıntıdan yaranan düşüncələrdən insanları uzaqlaşdırır. Yaradıcı fəaliyyətlər meditasiya təsirini artırır.

Özgüvəni artırır - Əl işləri ilə həvəskar da olsa, məşğul olmaq həm yaradıcı, həm də insanı bir şeyi öyrənməyə vadar edən bir fəaliyyətdir. Xəyal qurmaq, dizayn etmək və xəyalındakı dizaynı gerçəkləşdirmək insanın özgüvənini və hörmətini artırır. Bunlar da insanın zamanla sosial ortamda özünü daha yaxşı ifadə edə bilməsinə kömək edir.

Əl-göz koordinasiyası yaradır - Mebel düzəltmə, tikiş, toxuma, rəsm kimi hobbilər fiziki bir işdir. Bunlar əzələləri çaılışdıraraq daha sağlam bir bədən yaradır.

Düşüncə gücünü artırır – “Gəncliyin sirri nədir?” sualına, “bir əl işi” - deyə cavab verilə bilər. Əl-göz koordinasiyası yaradan və mütəmadi edilən əl işləri zehni beyin çöküşünü əngəlləyər və beyni gənc saxlayar. Araşdırmalarla yaradıcı bir hobbinin beyin yaşlanmasını yüzdə 50 nisbətində azaltdığı və alzheimer kimi xəstəliklərlə mübarizədə yardımçı olduğu müəyyənləşib.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN