Motsart Zəkanı Artırır

0
3760
Motsart Zəkanı Artırır

1993-cü il oktyabrın 14-də  , ABŞ-da "USA Today"da dərc edilən "Motsartın Musiqiləri Zəkanı İnkişaf etdirir\" başlıqlı məqalə, bütün dünyada sensasiya yaratmışdı. Bu xəbərə görə, Kaliforniya Universitetinin Neyrobiologiya Mərkəzinin alimlərinin “bəzi musiqilərlə “IQ” arasında əlaqə olması barədə” araşdırmasını açıqlamışdı.

Bu araşdırmada 36 universitet tələbəsinin üzərində təcrübə aparılmış, əvvəlcə onların sağ beyinlərinin “IQ” qabiliyyətlərini müəyyən edən suallarla test edilmişdir. Testdən, sonra tələbələrə Motsartın piaanoda ifa edilən iki sonatası -“Re Majör” və “K 448” sonataları 10 dəqiqə dinlətilmişdir. Dinləmədən dərhal sonra tələbələr, təkrar test edilmiş və məlum olunmuşdur ki, onların “IQ” səviyyəsi, əvvəlki göstəricilərə nisbətən 8 - 9 bal yüksəlmişdir.

 

Motsart-Beyin Əlaqəsi

Fransa Elmlər Akademiyasının üzvü Dr. Alfred Tomatisin fikrincə, beynin qidalanmasında qulaqlar “açar” rolunu oynayırlar. Tomatisə görə, beyin hüceyrələrindəki elektrik enerjinin azalması konsentrasiyanın pozulmasına və yorğunluğa səbəb olur. Bunun üçün, beynin də , batareyalar kimi “doldurulması” lazımdır.

Tomatis beyin hüceyrələrinin enerjiylə təmin edilməsi yollarından biri kimi, 5000 ilə 8000 Hz. arasında yüksək tezliklərə malik musiqilərin dinlənməsini kəşf etmişdir. Uzun illər aparılan təhlillərdən sonra Tomatis, Motsartın musiqilərində bu tezlik diapazonunda səslərin çox olduğunu müəyyən etmişdir. Tomatisə görə, qulaq ilbizini dolduran, "corti" hüceyrələrinin titrəyişləri “generator” funksiyasını yerinə yetirərək beynin elektrik təchizatını təmin edir.

Eyni zamanda Tomatis, beynin qidalanmasında çox effektli olan digər musiqi növü olarn "largo barok (baroque)" musiqisinə də diqqət çəkmişdir. Universitetdə aparılan testlər zamanı, barok musiqinin istifadə edilməsinin öyrənmə və yaddaş gücünü təxminən 24 % aşkar olunmuşdur.

 

ŞƏRH YAZIN