Rənglər Ruhumuza Təsir Edir

0
4192
Rənglər Ruhumuza Təsir Edir

Qırmızı - qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır. 
Narıncı - qırmızı kimi həyəcanladıran rəngdir. Canlı rəng olan narıncı mətbəx, uşaq və yemək otağı, dəhlizlərdə istifadə edilə bilər. Bu rəngdən istifadə məkanlara şənlik, sevinc gətirir. 
Sarı - parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil. Çünki zehni qarışdıra bilər. İstirahət üçün nəzərdə tutulan məkanlarda da istifadə edilməməsi daha yaxşıdır. 
Yaşıl - bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. Açıq tonlarından istifadə etmək daha çox məsləhət görülür. 
Mavi - sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər. 
Bənövşəyi - özünə güvəni təmsil edir. Amma unutqanlıq və səbirsizlik yarada bilir. 
- insanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. 
Qara, boz və qəhvəyi - bu rənglər ağır enerjiyə malikdir. Onların bir məkanda tək rəng olaraq istifadəsi məsləhət deyil.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN