Sevdiyin Rəngi Söylə ...

0
2139
Sevdiyin Rəngi Söylə ...

Sevdiyin rəngi söylə, deyim sənin kim olduğunu. Bəli bəli, sevdiyimiz rənglər insanların sevgi, cinsi həyatı haqqında müəyyən məlumatlar verir.

Məsələn, qırmızı sevgi və arzunun rəngidir. Sevdiyi rəng qırmızı olan insan həyəcanvericidir. Ehtiraslı sevgi yaşasa da, eyni zamanda başqa bir sevgi yaşamağa da hazırdır. Qırmızı sevənlər alovlu cinsi həyata sahibdirlər.

 

Qara rəngi sevənlər olduqca ehtiraslı və əzmli insanlardır. Monotonluq onlar üçün deyil.


Ağ rəngi sevənlər nəcib, təvazökar olurlar. Ağ sevən insanlar cinsi həyatda fərqlilikdən utanarlar.


Sarı sevgi, ehtirasdan uzaq bir rəngdir. Sevgi məsələsində eqoist ola bilərlər. İntellektual, zəkalı, özünə güvənən insan olurlar.


Çəhrayı insanı sakitləşdirən bir rəngdir. Sevgi rəngi çəhrayı olanlar şən, həyəcanlı və əyləncəli insanlardır.


Yaşıl güvən və rahatlığı təmsil edir. Sevgidə yaşıl rəng sakitləşdirici təsir göstərir. Bu rəngi sevənlərin cinsi həyatı məsum olur və yaşıl sədaqət rəngidir. 


Üsyankar və özünə inamın rəngi bənövşəyidir. Bənövşəyi sevənlərin xəyal dünyası geniş olur. Sevgidə ruh əkizlərini axtararlar.


Narıncı sevənlər həssas və duyğusal olurlar. Canlı və həyəcanlı münasibətlər onlara görədir. Cinsi münasibətdə fantaziyaları güclü olur və ehtiraslıdırlar.


Qəhvəyi rəngi sevənlər paylaşmağı da sevərlər. İntizamsızlığı xoşlamazlar və sevgi həyatında düz irəliləyərlər, enişli-yoxuşlu deyillər.


Sakitliyin rəngi mavidir. Onlar üçün inam və sədaqət çox əhəmiyyətlidir. Ehtirası sevirlər. Sevgi doludurlar və qarşı tərəfi xoşbəxt edərlər. Cinsi həyatda yaxşıdırlar.

 

Korrektor redaktor: Salmanlı Ayna

ŞƏRH YAZIN