Mən Astrologiyaya Necə Gəldim

0
3644
Mən Astrologiyaya Necə Gəldim

Daha 8-ci sinifdə oxuyarkən fizikada oxuduğum enerjinin saxlanma qanunu mənə çox maraqlı gəlmişdi. “Enerji itmir və heçnədən yaranmır, o, ancaq bir şəkildən başqa şəklə keçir.”. Bu qanun təkcə mexaniki hərəkətlər üçün deyil, təbiətdəki bütün hadisələr üçün doğrudur. İnsan münasibətlərini analiz edərkən və araşdırarkən bu qanunun münasibətlərdəki enerji alış-verişlərinə təsirinin də fərqinə vardım. İnsanları tanımağa olan marağım bu sahədə bir çox yaşam koçlarının kitablarını oxumağıma, seminarlarında iştirakına, araşdırmalarını oxumağıma, beyinin və sinir sisteminin mükəmməl formada işləyişini öyrədən NLP-ni öyrənməyimə sövq etdi. Mənim üçün insanı öyrənmək hər zaman çox maraqlı bir sahə idi. Universitetdə oxuyarkən insanı tanımağa az da olsa kömək edəcəyini düşündüyüm astrologiyaya maraq göstərdim. O dövrdə sadəcə 12 bürc olaraq bildiyim və insanların böyük qisminin “ulduz falı” olaraq bəyan etdiyi, hal-hazırda professional olaraq məşğul olduğum və mənim üçün insanları mükəmməl formada anladan bir sistemlə qarşılaşdım. Astrologiya sizə alın yazınızı başa salmaz, necə bir potensialla dünyaya gəldiyinizi və bu potensialınızı necə istifadə edib ən yüksək avantaja sahib olacağınızı göstərir. Astrologiyada yaxşı, ya da pis deyə bir şey yoxdur, eynilə dünyada da olduğu kimi. Amma seçimlər vardır, azad iradəylə seçilən yol ayrımları vardır, əsas olan sizin bu simvolları necə istifadə etdiyinizdir.Bu analizin hər kəs üçün yaxşı bir yol xəritəsi olacağını ümid edirəm. Daxili potensialınızı tam qarşınızda bütünüylə gördüyünüzdə əksikliklərin fərqinə vara bilər və xeyrinizə olmayan davranışlardan uzaqlaşmağı seçə bilərsiniz. Dolayısıyla da yeni, özünü gərçəkləşdirmiş və daha xoşbəxt bir SİZ yaratmağı da qarşınıza məqsəd qoya bilərsiniz. 

 
İnsanı öyrənmək nə qədər çətin və mürəkkəb bir yoldursa, astrologiyanı öyrənmək də çətin, zaman və zəhmət tələb edən bir yoldur. Astrologiya ən çox fəlsəfə və psixologiyayla uyğunlaşdırıla bilər. Hərkəs dünyaya bir doğum xəritəsiylə gəlir və bu xəritələr həyatı necə qəbul etdiyimizi, həyata hansı prizmadan baxdığımızı, seçimlərdəki şüuraltı səbəblərimizi, dünyaya gəliş məqsədimizi, bunlara bağlı olaraq həyatımız boyunca yaşayacağımız həyatdakı qırılma nöqtələrini, qərar anlarımızı, bütünüylə bizi var edən seçimlərimizin keyfiyyətini göstərir. Astrologiya keçmişi yaxşı analiz edib bizə həyatda qarşılaşacağımız çətin  və uğurlu zamanların intervalını verir. Bürcüm deyə bildiyiniz sadəcə sizin günəş bürcünüzdür. Bütün insanların xəritəsində 12 bürc də vardır, sadəcə bunun özünü göstərmə şəkli müxtəlif sferalarda üzə çıxır. Xəritədə hər simvol önəmlidir, lakin təməl olaraq yüksələn, ay və günəş bürcümüz götürülür. 
 
Bunları ümumiləşdirsək, astrologiya zamanın keyfiyyətini hesablayıb, ölçməmizdə mükəmməl bir vasitədir. Bizə çətin kimi qəbul etdiyimiz anlarımızın intervalını verir, lakin o anlarda necə davranacağımız sadəcə bizə aid bir seçimdir. İnsana olanlar önəmli deyil, insanda olanlar önəmlidir. Həyatımızın keyfiyyətini başımıza gələnlər deyil, bizim o hadisələrə verdiyimiz dəyərlər formalaşdırır. 
 
 
Hazırladı : Astroloq Könül Rəsulova 
 
 
 
 
 

ŞƏRH YAZIN