Görəsən Yalan Söyləyir?

0
1489
Görəsən Yalan Söyləyir?

Qarşınızdakı insanın yalan söylədiyini necə başa düşərsiniz?

Həyatımızda qarşılaşdığımız insanların əksəriyyəti söhbət zamanı yalan söyləyər. Xüsusilə iş həyatında yalanları başa düşmək gələcək kariyeranızı qurtara bilər. Yalanları başa düşməyin əsas yolları bunlardır:
 
Ağzını əli ilə bağlamağa çalışırsa...
Danışarkən ağızını əliylə bağlamağa çalışmaq uşaqlıqdan bizə miras qalan bir xüsusiyyətdir. Beyinimiz şüursuz bir şəkildə söylədiyimiz yalanlara mane olmaq istəyir. Buna görə də yalan söyləyən biri özü də fərq etmədən əlini ağzına aparır. Əli ilə ağzını tamamilə örtməsə də barmaqları ilə dodaqlarını örtə bilir. 
 
Burnuna toxunursa...
Burnuna toxunan insanın yalan söyləməsi fikri çox geniş yayılmışdır. İnsanlar yalan söyləyərkən bədəni adrenalin yaradar və qan daha sürətlə dövr etməyə başlayar. Burnumuzun ucundakı incə qan damarları bu səbəblə qaşınar və toxunma ehtiyacı hiss edərsiniz.
 
Göz qapağını ovursa...
Yalan söylədiyimiz zaman qarşımızdakı insanın gözlərinə baxmaqdan çəkinərik və öz gözlərimizi gizlətmək ehtiyacı duyarıq. Buna görə də gözləri qaçırma, göz qapaqlarına toxunma və ovuşdurma kimi hərəkətlər müşahidə oluna bilər. Unutmayın, yalan danışan insan göz kontaktı qurmaqdan qaçar.
 
Qulaq məməsini çəkirsə...
Bu hərəkətin keçmişi də uşaqlığımıza dayanır. Valideynlərimizin bizi danlamaqlarını eşitməmək üçün uşaq vaxtı, adətən, qulaqlarımızı bağlayardıq. Bu hərəkət bir alışqanlıq halına gələr. Gərginlik və sıxıntı hiss etdikləri zamanlar insanlar qulaq məmələri ilə oynayar və onları çəkərlər. Qulaqlarına toxunaraq özlərini yalanların xaricində buraxmaq istəyərlər. 
 
Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN