Qarşı Cinsin Bədən Dilini Oxumaq Və Başa Düşməyin Yolları.

0
6057
Qarşı Cinsin Bədən Dilini Oxumaq Və Başa Düşməyin Yolları.

Ondan xoşun gəlir...Onun da səndən xoşu gəlir deyə düşünürsən. Amma davranışları elə də bir-birini tutmur, buna görə də ağlına müxtəlif fikirlər gəlir.

Səni dostu olaraq gördüyünü söyləyir, lakin hər fürsətdə sənə toxunmanın yollarını axtarırsa, bədən dilinə daha çox diqqət ayırman yerinə düşər. Budur, sənə qarşındakı insanın davranışlarının həqiqi mənasını tapmağa kömək edə biləcək önəmli ipucları.
Davranış 1. Davamlı gözlərinin içinə baxır, söhbət zamanı qoluna toxunur. Nə deyir?
Etrafdakılardan eşitdiyin qədərilə bütün qızlara bu şəkildə davranan biri deyilsə bu, “Səndən çox xoşum gəlir, birlikdə olmaq üçün fürsət axtarıram” deməkdir.
Davranış 2. Səni sadəcə dost olaraq gördüyünü deyir, amma hələ də gözlərinin içinə mənalı-mənalı baxır. Nə deyir?
“Səndən xoşu gəlir, lakin dostluğumuzun bitməsindən çox qorxuram. Əgər mənə doğru bir addım atarsansa, bir dəqiqə belə gözləmədən sənə hisslərimi açıb danışa bilərəm”.
Davranış 3. Danışarkən gözlərini səndən qaçırır, başqa bir  şeylə maraqlanır. Nə deyir?
“Hal-hazırda sənə doğruları söyləmirəm. Söyləməyə də niyyətim yoxdur. Bilirsənmi, həqiqətən də sıxıcı birisən, görməli olduğum başqa işlər var, məni məşğul etmə”.
Davranış 4. Üz-üzə oturarkən davamlı olaraq ayaqlarını sallayır, ətrafına nəzər salır, əlaqəsi olmayan mövzulardan bəhs edir. Nə deyir?
Əslində nə demək istədiyi çox açıqdır, lakin başa düşmək istəməyənlər üçün təkrar edək: Bu cür davranış, “Hal-hazırda burada olmaq istəmirəm, danışdığın  şeylər də məni heç maraqlandırmır”ın daha mədəni formasından başqa bir şey deyil.
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN