Yalanı ifşa etmək

0
2084
Yalanı ifşa etmək

Yalanı doğrudan ayırmaq üçün diqqətlə qulaq asmağı, tərəf müqabilinin danışdığı zaman onun gözlərinə, hərəkətlərinə, mimikalarına diqqətlə baxmağı öyrənməlisiniz.


Tez ya da gec, az və ya çox bütün insanlar yalan danışırlar. Yalanı bir-birilərinə dostlar, tanışlar, sevgilililər, rəhbərlər, bir-birilərini tanımayanlar, qohumlar və yaxınlar deyirlər. Yalanla hər bir insan hər gün rastlaşa bilər. Yalan üstəlik tez-tez rastlaşan və sizin lehinə və əleyhinə ola bilən haldır. Həqiqətin bir hissəsinin də gizlədilməsi özünə görə bir yalandır. Psixoloqlar sübut ediblər ki, insan 10 dəqiqəlik söhbət çərçivəsində 3 dəfə yalan danışır, kişilər qadınlara nisbətən daha çox yalan danışsalar da, qadınlar daha çox yalanı ifşa edirlər. Yalanı ifşa etmək üçün yuxarıda qeyd etdiyimiz kimi gözlərinə, mimiklarına, hərəkətlərinə diqqətlə fikir vermək lazımdır. Yalan danışan insan stres keçirir, onun davranışı cüzi də olsa dəyişir. Lakin elə də insanlar var ki, aktyorluq qabiliyyətinə malikdirlər ki, yalan danışdıqlarını ifşa elətdirmirlər. Belə insanlar hətta yalan detektorlarını belə aldada bilirlər.

Qədimdən məlumdur ki, gözlər – ruhun aynasıdır. Yalanı ifşa etmək üçün ilk öncə tərəf müqabilinizin gözlərinə diqqətlə baxın. Yalan danışan şəxs ya gözlərini qaçıracaq, ya da sizin gözlərinizə diqqətlə baxacaq ki, sizin inanıb inanmadığınızı öyrənsin. Üstəlik yalan danışan insan adətən gözlərini qulaq asandan sola qaçırır.

Bir çoxlarınız “Üzündə yazılıb!” ifadəsini eşidib. Bu tamamilə düzgündür çünki yalan danışan insanı onun mimikalarına diqqətlə nəzarət etməklə ifşa etmək olar. Yalan danışan insanın üz əzələləri gərgin olur, yalandan gülür, gülümsəyən zaman yalnız dodaqlar gülür, üzün digər əzələləri gərgin qalır. Dodaqların kənarlarında titrəmə də tərəf müqabilinin yalan danışdığını ifşa edir.

Əllərin hərəkəti ilə insanın səmimi olub-olmamadığını ifşa etmək olar. Yalan danışana onun əlləri hər zaman maneə törədir. Yalançılar əllərinə yer tapa bilmirlər. Onlar gah ciblərinə salırlar, gah harasa ilişdirirlər, düymələrindən tuturlar, üzlərini qaşıyırlar, burunlarına toxunurlar, saçlarını düzəldirlər. Həmçinin belə insanlar əllərində nəsə oynada da bilərlər. Hər bir halda əgər sizin tərəf müqabiliniz söhbət əsnasında əllərinə yer tapmırsa bilin ki, sizin aldatmaq istəyirlər.

Bunlarla yanaşı yalan danışan insan leksikonunda az işlətdiyi sözləri daha tez-tez istifadə etməyə başlayır və danışıq tərzi dəyişir. Tez-tez and içir. Lazımsız yerə “Allah haqqı”, “sənin canın”, “düz sözümdü” və bu kimi ifadələri tez-tez istifadə etməyə başlayır. Yalançılar adətən daha uca səslə və daha tez və yaxud yavaş və sakit danışırlar ki, bir şey başa düşmək olmasın.

Hər bir halda yalançının emosiyaları ilk dəqiqələrdə özünü ifşa edir. Bu səbəbədən insanın hərəkətlərinə ilk dəqiqələrdən fikir verməyə çalışın.
 

ŞƏRH YAZIN