Niyə qadınlar seksdən imtina edirlər və bunun çarəsi nədir

0
3416
Niyə qadınlar seksdən imtina edirlər və bunun çarəsi nədir

Hər bir kişiyə məlumdur seksdən imtina hissi. Qadınlar çox zaman bəzən də səbəbsiz seksdən imtina edirlər. Yalançı baş ağrıları və yorğunluqları buna əksər səbəblərdən olur. Siz bununla baş etmək üçün ilk öncə niyə sizinlə cinsi əlaqədən qadının qaçdığını öyrənməlisiz.

Küsüb.

İnanın əgər qadın sizdən küsübsə sizinlə intim münasibətə girmək istəməyəcək və bacarmayacaq. Qadın üçün seks küskünlük və isti münasibət bir-birilə əlaqəlidir. Bilin ki, çox az sayda qadın küsdüyünü dilə gətirəcək, əksər hallarda sakit hirs və üzün digər tərəfə çevirməklə bunu yola verəcək. Sizin vəzifəniz xanımı açıq söhbətə dəvət edərək, sizdən niyə küsdüyünü öyrənməkdir. Siz onu sakitləşdirməli və bir daha belə halların baş verməyəcəyinə inandırmalısız. Əgər siz hər şeyi doğru etsəniz, həmin gecə seks sizin üçün təmin olunacaqdır.

Yorulub.

Qadın bütün günü axşam sizinlə cinsi əlaqədən fikirləşə bilər. Lakin qadın 8-9 gərgin iş saatından sonra, maqazinə getmiş, evdə yemək hazırlamış, yır-yığış etmişdirsə, ondan yataqda həmin gün heç bir şey gözləməyin. Bunun üçün ona kömək lazımdır. Seks istəyirsizsə ona ev işlərində kömək edin, yemək hazırlayın, restorana aparmaq isə daha yaxşı olardı.

Xoşlamır.

Qadın seksdən xoşlanmaya da bilər. Əksər hallarda bu praktikası olmayan xanımlarda olur. Əgər nə vaxtsa xanım seksdən həzz ala bilməmiş, ağrılar hiss etmişdirsə o, hər zaman seksdən qaçacaq. Hər şey sizin əlinizdədir. Siz səbrli olun və cinsi əlaqədə ilk öncə öz istəklərinizi yox, xanımı düşünün. Zaman keçdikcə xanım seksdən həzz almağa başlayacaq və o da sizi təmin etməyi bacaracaqdır.

“Seksual deyiləm”.

Qadın seksual olmadığını düşünə bilər. Bəlkə də artıq çəki aldığı zaman sizin qabağınızda soyunmaq belə istəmir. Qadınlar belə şeylərə önəm verirlər, hətta köklük kompleks şəklini də ala bilir. Siz çalışın xanımı gözəl olduğuna və istəkli olduğuna inandırasız. Rahatlaşdırıcı masaj sizə unudulmaz gecə bəxş edə bilər.

Darıxdırıcıdır.

Qadınlar bəzən seksi olduqca darıxdırıcı bir məşğuliyyət hesab edirlər. Hər zaman ehtiraslı olmaq mümkün olmadığından belə hallar baş verə bilir. Siz intim həyatınızı rəngarəng etməyə çalışmalısız. Bunun üçün müxtəlif vasitələr var: yataqda nahar, seks oyuncaqları, xüsusi seks oyunlar və s.

Ehtiraslandırmırsız.

Bir zamanlar adi toxunuşunuzdan sizinlə olmağa razı olan qadın, artıq sizin bütün yaxınlaşmalarınıza baxmayaraq ehtiraslanmır və siz onun gözündə seks tərəfdaşı kimi düşmüsünüz. Əgər siz özünüzü xanımınıza bəyəndirmirsizsə, özünüzə baxmırsınızsa buna təəcüblənmək lazım deyil. Düzdü ən pis halda xanımınızın başqa bir sevgilisi peydə ola bilər. Əgər bu belədirsə sizin gələcək münasibətləriniz hər hansı bir mütləq qərara bağlı olacaqdır.


 

ŞƏRH YAZIN