Qadınlar…

0
3741
Qadınlar…

 Hansı daha yaxşıdır?

 Çox zaman həyatında parçalara bölünən bir qadına baxıb bütün bunları necə bir arada tutmalarını düşünmədən olmur. Qadınlar gündəlik həyat içində qılıqdan qılığa keçən həyat sehrbazlarıdır. Gündüzlər iş qadını, axşamlar yaxşı bir ana, ev qadını və aşbaz, gecələr isə yaxşı bir həyat yoldaşı…

1-ci rol Ev qadını:  İstədiyiniz qədər modern bir xarici görünüşdə olsanız belə, istədiyiniz qədər  «Mən iş qadınıyam, ev işlərinə vaxtım yoxdur» desəniz belə, subay olsanız belə, bir ev qadını kimi dağınıq, pəs, zövqsüz bir ev sahibi olmaq heç kimə xoş deyildir. Yemək bişirməkdən vaz keçərsinizmi? Tutaq ki, bir yardımçınız var və hər işinizi o, görür. Belə halda qopan düymənizi də ona tiktirəcəksiniz? Bunu da unutmayın ki, karyera mövzusunda son dərəcə məsuliyyətli olan qadınlar eyni məsuliyyəti evlərində də göstərirlər, hətta hobi olsun deyə, tikiş kurslarına və s. də gedirlər. Nəticə olaraq ev qadını rolu müasir qadınlar arasında bəyənilən bir roldur.

2-ci rol Azad qadın:  Keçmidə qadınlar məktəbi bitirər-bitirməz ailə qurar, uşaq sahibi olar və həyatlarını sadəcə ana kimi davam etdirərdilər. İndi isə karyera ardınca qaçdıqları üçün deyil, tənha yaşamağı, rəfiqələri ilə əylənməyi, kişilərlə eşq yaşamağı daha yaxşı hesab edirlər.

3-cü rol Şəfqətli Ana:  Günümüzdə bir çox qadın 30 yaşlarında belə hormonlarının səsinə qulaq asaraq karyerasına ara verərək körpə sahibi olub, onu böyütmənin xoşbəxtliyini yaşayırlar. Qadın rolları arasında ən çətini və eyni zamanda ən zövqlüsü də Ana olmaqdır. Sonsuz səbr və güc gərəkdirən, amma insana bambaşqa duyğular daddıran, tərifsiz bir rol...

4-cü rol Atasının qızı:  Ən güclü ana, ayaqları üstündə dura bilən qadın həyatının hər dövründə yenə də atasının balaca şahzadəsidir. Çox qadınlar həyatla başa çıxa bilmədikdə, insanlar tərəfindən incidildikdə, xüsusilə də acılı məhəbbət yaşadıqda, özlərini ailəsinə sığındırır, Atalarının təsəllilərinə və hər zaman lazımlı nəsihətlərinə önəm verirlər. Kiçik yaşlarda Ata sevgisi görən qadınlar irəli yaşlarda həyata tutuna bilmək və özünə inam mövzusunda daha bacarıqlı olurlar. Atalardan qorxmurlar və sonsuz hörmət hissi duyurlar.

5-ci rol Bacarıqlı iş qadını:  İş həyatının içində olan qadınlar üçün, iş qadını rolu vazkeçilməzdir. Dişlərini dırnaqlarına taxıb özlərini isbatlamağa, önlərində olan əngəlləri aşıb keçərək müdirlərinin tərifini qazanmağa can ataraq layiq olduqları mərtəbəyə çatmağı məqsəd bilirlər. Bütün bunlarla yanaşı həm də ailələrinə zaman ayırmağa, uşaqları ilə məşğul olmağa da gücləri yetir.

6-cı rol Gənc qız:  Qadın rolları arasında ən şirini ,ən keyiflisi...Hər bir qadın özünü zamanla həyat dolu,ərköyün, şən bir qız kimi hiss edər və bu zaman harda olursa olsun, olduğu yerə rəng qatar. Alış-veriş və kafelər, rəngarəng geyimlər, ayaqqabılar, çoxlu dostlar, dedi-qodular və s. 

ŞƏRH YAZIN