Seks beyin fəaliyyətinə müsbət təsir edir

0
7076
Seks beyin fəaliyyətinə müsbət təsir edir

ABŞ və Şimali Koreya alimlərinin apardığı araşdırmaları nəticələrində seksin insan beyninə təsiri müəyyən olunub.

Məlum olub ki, cinsi əlaqədən sonra hipokampda neyronların sayı artır. Hipokamp – qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa keçid prosesində iştirak edən beyin hissəsidir. Baxmayaraq bütün sınaqlar gəmiricilər üzərində aparılmışdır, alimlər iddia edirlər ki, siçanların beyin aktivliyi insan beyninin aktivliyinə olduqca yaxındır.

Nəticədə, gündəlik yarımsaatlıq cinsi əlaqənin nəticəsində siçanların beyin neyronları artmış, beynin ümumi funksiyaları bərpa olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, uzunmüddətli cinsi əlaqədən uzaq saxlanılan siçanların beyin fəaliyyətləri zəifləmiş, ümumi funksiyalar adiləşmişdir. Buna görə də, insan beynin daim aktiv və yaddaş itkilərinin olmaması üçün mütəmadi cinsi əlaqədə olmalıdır.

Bundan savayı seks beyinə qan axınını yaxşılaşdırır və hüceyrələrin qanla qidalanmasını gücləndirir. Həmçinin bu faktorlar beyində boz maddənin işini stimullaşdırır və beləliklə, beynin ayrı-ayrı hissələrinin fəaliyyəti güclənir.

Daha öncə London alimlərinin apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, insan beyninin hüceyrələrinin qocalması 45 yaşdan sonra aktivləşir. Məhz bu yaşda artıq beyin fəaliyyətinin zəifliyi görünməyə başlayır.

 

ŞƏRH YAZIN