Sübhdən seks – faydaları

0
6516
Sübhdən seks – faydaları

Səhər sübh – seks üçün ən yaxşı vaxtdır. Əgər siz bunu praktikanızda istifadə etməmisizsə, bu səhvi mütləq düzəldin.

Gecə sözün əsl mənasında yatmaq yaxşıdır.

Əksəriyyətimiz sekslə məhz axşam saatlarında məşğul oluruq. Axşam isə iş gününün sonu və orqanizm yalnız istirahət haqqında düşünür. Orqanizminiz sizi heç zaman aldatmır. Əgər gözləriniz yumulursa və bədəniniz istirahət tələb edirsə, yatsanız daha yaxşı olar.

Bunlar hamısı nəzəriyyədir və bir çox kişilər 22 saatlıq yorğunluqdan sonra sekslə də məşğul olurlar. Nəticədə orqanizm daha da üzülür, səhərlər yataqdan yorğun oyanırsız.

Vəziyyətdən çıxış yolu nədir? Seksdən həzz almaqla sağlamlığa ziyan vurmamaq üçün sübh seksi ilə məşğul olmaq lazımdır.

Üstünlüyü nədir?

Sübh seksinin gecə seksinə nisbətən daha çox üstünlükləri vardır. Birincisi bu daha yaxşı oyadan vasitədir. İkincisi seks, şişirmədən demək olar ki, səhər idmanıdır. Gününüz yaxşı əhval ruhiyyə ilə başlayır. Səhərlər testosteronun səviyyəsi kişilərin orqanizmdə maksimum həddə olur, bu o deməkdir ki, seks daha keyfiyyətli olacaq.

Alimlər nə deyir?

Belfast Kral Universitetinin ali-seksoloqları sübh seksin xeyirli olasını sübut ediblər. Seks qol, ayaq, çanaq, sinə və yan əzələlərini bərkidir. Seks həmçinin qan dövranını yaxşılaşdırır və nəfəs sistemini məşq etdirir. Həmçinin sübh seksi endorfinin qanda yaranmasına gətirib çıxardır.

Qeyd olunur ki, sübh seksi urək-damar xəstəliklərini, baş ağrılarını, şəkər, miqren xəstəliklərini profilaktika edir, qadın xəstəliklərini keçirməkdə qadınlara kömək edir.

Şotlandiya alimləri isə sübut ediblər ki, sübh seksi stress və təzyigi normallaşdırır.

Sübh seksinin mənfi cəhətləri

Üstünlükləri ilə eyni zamanda sübh seksinin öz mənfi cəhətləri də var. Ən böyük mənfi cəhət zaman qıtlığının olmasıdır. Siz işə gecikərkən seksdən tam həzz ala bilmirsiz. Növbəti mənfi cəhətsə baxımsız olmaq: şişmiş üz, ağız iyləri. Bunu aradan qaldırmaq üçün sizlərə bir-iki məsləhətimiz var:

· bir neçə dəqiqəvizi alacaq üzüvüzü və dişlərivizi yuyun;

· prezervativlərinizi həmişə yaxın yerdə saxlayın, səhər qızğın zaman onun axtarışına vaxt itirməyəsiniz.

Seksoloq və psixoterapevtlər bildirirlər ki, bəzi qadınlar səhərlər yatmağı sevir və sübh seksini yersiz hesab edir. Əgər siz də bu cür düşünürsünüz isə heç bir narazıçılıq yoxdur. Yox siz sübh seksinə üstünlük verirsinizsə sizin sadəcə bəxtiniz gətirməyib.


 

ŞƏRH YAZIN