Güclü Şəxsiyyət Olmaq Üçün Nə Etməli?

0
6885
 Güclü Şəxsiyyət Olmaq Üçün Nə Etməli?

 
İnsan özündə istənilən keyfiyyəti inkişaf etdirməyə qadirdir. Bunun üçün yalnız müəyyən vaxt tələb olunur, həmçinin də səbir. Əgər siz müxtəlif vəziyyətlərdə sakitliyinizi və dözümlülüyünüzü qorumaq, eyni zamanda əsəbləri möhkəm bir insan olmaq istəyirsinizsə, gərək özünüzdə müəyyən dəyərli keyfiyyətləri inkişaf elətdirəsiniz.
 
Biz “əsəbləri daşdan” və ya “güclü xarakteri olan insan” sözlərini tez-tez eşidirik. Lakin bu anlayışın altında hansı mənanın gizləndiyini müəyyən etməyi bəzən hərkəs bacarmır. “Güclü şəxsiyyət” dedikdə çətinliklərə baxmayaraq dözümlülüyünü və nikbinliyini qoruyub saxlamağı bacaran iradəli insan nəzərdə tutulur. Belə insanlar nadir hallarda rast gəlinir. Lakin onlardan çox şey öyrənə bilərsiniz.
 
İlk öncə güclü şəxsiyyət olmaq üçün emosiyaları nəzarətə götürmək lazımdır. Hətta güclü insanla rastlaşdıqda, o, sizə kənardan hissiz insan kimi görünə bilər. Əslində isə o, sadəcə hislərini mahircəsinə gizlədə bilir. Emosiyalar hadisələrə adekvat yanaşmağa və doğru qərarlar almağa mane olur. Bu isə öz növbəsində hədəfə gedən yolda maneə deməkdir.
 
Optimizmi daima saxlamaq demək olar ki, mümkün deyil, bədbinliyə köklənməyin isə qoyulmuş məsələlərin həllinə kömək etməyəcəyi dəqiqdir. Burda da digər bütün sahələrdəki kimi balans yaratmaq lazımdır. Gedişatını dəyişməyəcək hadisələr üçün narahat olmaq mənasızdır. 
 
Əgər artıq belə bir vəziyyət yaranıbsa bu zaman öz emotsiyalarımıza və nailiyyətlərimizə fokuslanmalıyıq. Səhv etmək hərkəsə mənsubdur, əsas olan onları vaxtında anlamaq və gələcəkdə təkrar olunmasına icazə verməməkdir. Sizi düşdüyünüz vəziyyətdən çıxardacaq və emosiyanal vəziyyətinizi yaxşılaşdıracaq olan doğru qərarı tapmağa çalışmalısınız.
 
Öz problemlərimizdən qaçmaq, taleyimizdən şikayət etmək və hərşeyin öz-özünə düzələcəyinə inanmaq olmaz. Bütün baş verənləri diqqətlə analiz etmək və hansı nöqtədə hərşeyin plan üzrə getməməyə başladığını müəyyən etmək lazımdır. Oturub hər şeyi detallıca düşünsək demək olar ki, bütün problemləri həll edə bilərik.
 
Hətta əgər bir səhv etsəniz belə bu özünüzü daima günahlandırmaq üçün səbəb deyil. Hərdən özümüzə rəhm etməyi də bacarmalıyıq. Tənqid yalnız bəzi hallarda və çox olmamaq şərti ilə xeyirli ola bilər. Özümüzü səhvlərə görə bağışlamağı öyrənməliyik. Böyük hədəflərə nail olmaq üçün özümüzdən və gücümüzdən əmin olmalıyıq. 
 
Gün ərzində bir çox insanla ünsiyyətdə oluruq. Onların hər biri müəyyən davranış və xarakterə sahib şəxslərdir. Təbii ki, onların arasında elələri var ki, bizdə mənfi emosiyalar yaradırlar. Məhz bu vəziyyətlərdə iradə öz sözünü deməlidir. Öz emotsialarımızı bütünlüklə idarə edə bilməliyik ki, bu cür insanların provokasiyasına uymayaq. Güclü insan kiməsə onun əhval-ruhiyyəsini müəyyən etməyə icazə verməz. Bu insan yalnız özü öz emotsialarının idarəçisidir.
 
Müasir dünyamızda bitmək özəlliyi olan vaxtı idarə etmək çox vacib qabiliyyətlərdən birinə çevrilir. Bizə ayrılmış saatlardan düzgün istifadə etmək və onları lazımsız şeylərə sərf etməmək çox vacibdir. Ondansa onları həqiqətən vacib olan və məqsədlərimizə çatmaqda kömək olacaq şeylər üçün sərf edək. Burada ən əsas olan isə bütöv mənzərəni görə bilməkdir. Bü gün etdiyimiz hər şey bütün gələcək həyatımıza öz təsirini göstərir.
 
Əgər yaxşıca fikir versək görəririk ki, hər gün həyat yolumuzda rastladığımız maneə əslində daha yaxşı olmaq üçün bir bəhanədir. Hər gün ara vermədən inkişaf etməliyik. Bunun üçün öz zəif tərəflərimizi və onların həlli üsullarını öyrənməmiz də şərtdir. Öz uğurlarımızı izləməli və daima qabağa getmək üçün yeni stimullar axtarmalıyıq.
 
Güclü iradəyə və xarakterə sahib olmağı hər kəs bacara bilər. Bunun üçün sadəcə tənbəllik deyil, hərəkət etmək lazımdır. Və onda istənilən məqsədə nail olmaq olar.
 
 
Tərcümə etdi : Məhbubə Gülməmmədova

ŞƏRH YAZIN