15 Böyük İş Adamından Unutmamamlı Olduğunuz Tövsiyyələr

0
21353
15 Böyük İş Adamından Unutmamamlı Olduğunuz Tövsiyyələr

Dünyanın 15 böyük iş adamından uğurlarının təməlini təşkil edəcək tövsiyyələrini sizə təqdim edirik. 

Bill Gates - Microsoft – Nailiyyət bərbad bir müəllimdir. Ən ağıllı insanlara belə bundan sonra heç uğursuz olmayacaqlarını zənn etdirir. 

Jeff Bezos - Amazon.com – Rəqabət yönümlü bir insansınızsa, qarşınıza bir rəqib çıxana qədər gözləməli olursunuz. Bunun yerinə müştəri yönümlü bir anlayışı mənimsəsəniz, o zaman qabaqcıl olarsınız. 

Steve Jobs - Apple – Əskik parçaları irəliyə baxaraq birləşdirə bilməzsiniz. Onları yalnız arxanıza baxsanız birləşdirə bilərsiniz. 

Steve Wozniak - Apple – Etdiyiniz işi sevib, bunu yaxşı etmək üçün çalışdığınızda uğura çatmağınız qaçınılmazdır. Bu gerçəkləşdiyində isə, gecələr boyu iş düşünüb yuxusuz qaldığınız hər dəqiqəyə dəydiyini görəcəksiniz. 

Katia Beauchamp - Birchbox – Uğurlu bir işə başlamaq üçün ortaqların tarazlığı çox vacibdir. 

Jack Dorsey - Twitter – Etdiyiniz hər detalı mükəmməl edin. Bu səbəbdən də detalları az edin... 

Eric Schmidt - Alphabet Inc (Google) – Hər şeyə “hə” deməyin bir yolunu tapın. Bir dəvətə “hə” deyin, yeni insanlarla tanışmağa “hə” deyin, yeni bir şey öyrənməyə “hə” deyin. İlk işinizə girməyinizin, sonrakı işlərinizə girməyinizin, evlənməyinizin, hətta, övlad sahibi olmağınızın açar sözü budur: "BƏLİ" 

Tony Hsieh - Zappos, LinkExchange – Anlamadığınız bir oyunu oynamayın; bir çox insanın o oyundan pul qazandığını görsəniz belə! 

Mark Andreessen - Netscape, Mosaic – Steve Martinin Born Standing Up adlı kitabı oxuyun, həqiqətən. Və o qədər yaxşı biri olun ki, heç kəs sizi görməzdən gələ bilməsin. 

Richard Branson - Virgin Group – Anam mənə peşmanlıqla geriyə baxmaq yerinə daima qarşıya baxmam gərəkdiyini öyrətdi. İnsanların köhnə uğursuzluqlarında çabalayaraq xərclədikləri zaman inanılmazdır. 

Mark Cuban - Dallas Mavericks, Landmark Theatres, Magnolia Pictures – Çalışın, həddindən artıq çalışın, həddindən artıq düşünün. Umduqlarınızı artırın. Bu işdə kəsdirmə bir yol yoxdu. 

Peter Thiel - PayPal – Məncə, rəqabətlə əlaqədar əsl problem budur: Bizi yalnız çevrəmizə diqqət vermək məcburiyyətində buraxır. 

Warren Buffet - Berkshire Hattaway (Burger King) – Hörmətli bir şöhrətə qovuşmaq 20 il, bunu itirmək isə yalnızca 5 dəqiqə çəkər. Bunu daima yaddaşınıza həkk etsəniz, bir çox şeyi daha fərqli edərsiniz. 

Michael Dell - (Dell) – Çılğın olun və əsla çox artıq məsləhət almayın. 

Mark Zuckerberg - Facebook – Ən böyük risk heç bir risk almamaqdır. 

 

 

ŞƏRH YAZIN