Abituriyentlər Üçün Motivasiya

0
2569
Abituriyentlər Üçün Motivasiya

Özünü motivasiya etməkdə çətinlik çəkən tələbələr,ümumiyyətlə,dərs dinləməyə,dərsə qatılmağa və dərsə fikrini cəmləşdirməkdə da çətinlik çəkirlər. Bu vəziyyətdə əvvəlcə motivasiya problemi üzərində çalışılmalıdır.Motivasiya çatışmazlığının səbəbləri araşdırılmalıdır.Əgər motivasiy əskikliyi əsas fiziki və ruhi ehtiyacların (aclıq, susuzluq, ev, təhlükəsizlik, dinc bir mühit və s.) çatışmazlığından qaynaqlanırsa, əvvəlcə bu ehtiyaclar kafi səviyyədə təmin edilməlidir.Əgər üst səviyyə ehtiyaclar  (sevilmək, bəyənilmək, özünü reallaşdırmaq, estetik və bədii tədbirlər və s.) əskikliyi mövzusunda bir çətinlik varsa yenə bu ehtiyaclar sistemli və addım-addım təmin edilməlidir. Çünki bunlar motivasiya üçün əhəmiyyətli hərəkətverici qüvvədir.
Diqqət pozğunluğuna bir sıra daxili və xarici faktorlar yol aça bilər. Xarici faktorlar əsasən ekoloji mühitin uyğun olmamasından qaynaqlanır. Daxili faktorlar isə adamın mənəvi, sosial və fiziki vəziyyəti ilə əlaqədardır.
 
Korrektor redaktor :Salmanlı Ayna
 

ŞƏRH YAZIN