Dahi İnsanların Məktəb Uğuru Necə İdi?

0
3352
Dahi İnsanların Məktəb Uğuru Necə İdi?

Hər kəsin kiçik də olsa biznes qurmaq arzusu var. Amma maddi durumları buna imkan vermədiyindən bu arzularını təxirə salırlar. Mən desəm ki, biznes qurmaq üçün pulun olması şərt deyil, onda necə inanarsınız? Sizə biznes həyatlarına 0-dan başlayan şəxsləri təqdim edirik:

- “WhatsApp” messencerinin yaradıcısı Yan Kumun 37 yaşı var. O, 16 yaşında olarkən Ukraynadan ABŞ-a köçən ailəsi Kaliforniya ştatının Maunten-Vyu şəhərində əldə etdikləri kartoçka ilə alınan ərzaqla dolanırdı. 2009-cu ildə Y.Kum və şəriki Brayan Ekton bütün dünyadakı insanları real zamanda birləşdirən ünsiyyət proqramını hazırlayır.

- On beş il bundan əvvəl “Alibaba” şirkətini təsis edən Cek Ma Çinin Hançjou şəhərində anadan olub və kasıbçılıqla böyüyüb. O, kollecə iki dəfə imtahan verdikdən sonra qəbul olunub. Kolleci bitirdikdən sonra ingilis dili müəllimi işləməyə başlayıb. Cek Ma interneti ilk dəfə 1995-ci ildə ABŞ-a səfər edərkən görüb. Bundan bir qədər sonra Çinin ilk veb-startapına çevrilən “China Pages” məlumat saytını təsis edib. 1999-cu ildə isə “Alibaba” şirkətini qurub.

- “IKEA” şirkətinin yaradıcısı İnqvar Kamprad 7 yaşı olanda qonşularına kibrit, qələm, bayram açıqcaları və yeni il bəzəkləri satardı. 17 yaşında “IKEA” şirkətini quran İ.Kamprad 21 yaşında mebel satışına başlayır və beləcə “IKEA” imperiyası yaranır.

- Pakistandan ABŞ-a gələn Şahid Xan burada saatı 1 dollar 20 sentə qab yuyur, eyni zamanda İllinoys ştatının universitetində təhsil alırdı. Bu gün isə dünyanın ən zəngin adamları sırasında yer alan Xan ABŞ-ın ən böyük özəl şirkətlərindən biri olan “Flex-N-Gate” şirkətinin sahibidir. Bundan başqa “Jacksonville Jaguars” və “Fulham” futbol klubları da ona məxsusdur.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN