Böyük Xəyallarla Yaşa

0
4676
Böyük Xəyallarla Yaşa

Çox böyük uğur qazanan insandan belə bir sual soruşurlar :”Siz həyatınızda necə belə böyük uğur qazana bildiniz?”

O cavab verdi:”Mən böyük xəyallarla yaşadım və fikrimi həmişə etmək istədiyim şeyə yönəltdim.Yatanda da xəyallarla yatdım. Mən yatanda bütün gecəni  xəyallarım barədə fikirləşdim .Sonra mən səhər yuxudan duranda arzuma gedəsi həqiqi yolu tapdım”.Digər insanlar deyəndə ki,”Sən bunu bacarmazsan ,bu qeyri-mümkündür.”Ancaq mən nə istədiyimi yaxşı bilirdim.Amerikanın 28-ci prezidenti Vidro Vilsonun dediyi kimi “Böyük xəyallarla yaşayın .Bütün böyük insanlar xəyalpərəstlərdi”.
 
Onların bəziləri hadisələri yaz günündə yumşaq dumanda,yaxud da uzun qış günündə yanan ocaqda görürlər.Bizim bəzilərimiz bu arzuları öldürürük ,ancaq  bəzilərimiz də onları böyüdür və qoruyuruq.Onlar arzularını günəşin işığına çıxarana qədər ən pis havalarda qoruyurlar.Və kim ki arzularının həqiqətən həyata keçəcəyinə inanırsa arzuları gün işığına çıxana qədər gözləyəcək.
 
Tərcümə Etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN