Corcio Armaninin biznes qaydaları

0
4428
Corcio Armaninin biznes qaydaları

İtaliyalı milyarder-modelyer iş, həyat və əsl dəb-dəbə haqqında

Mən həmişə həddindən artıq məsuliyyətli olmuşam, başqa cür yaşamaq üsulu mənə bəlli deyil.

Öz işinə həddindən artıq aludə olan, onu sevən istənilən bir insanın gələcək mərhələlərdə uğur qazanmaq şansı daha çoxdur, nəinki sadəcə tendensiyaları izləyən insanların.

Mən dəb yaratmıram, mən sadəcə insanları geyindirirəm.

Mən heç zaman dizayn xətrinə dizayna inanmamışam. Mənim üçün ən vacibi odur ki, insanlar həqiqətən də mənim libaslarımı geyinə bilsin.

İnsanlara özəllik hiss bəxş etmək mənim ürəyimdən gəlir.

• Daha cavan olanda, mən demək olar ki, heç zaman gülmürdüm.

•Şəxsən mən hesab edirəm ki, kantrafaktların olması yaxşıdır, çünki onların mövcudluğu sübut edir ki, biz insanların kopiyalamaq istədiyi şeyləri yaradırıq.

• İşləyərək, mən ictimai müraciətləri təmin etmək üçün o qədər çox şey etmişəm, belə bir öhdəlik onu göstərir ki, mən artıq öz şəxsi həyatımı itirmişəm.

• İlham mənbəyi heç zaman yeganə ola bilməz. Əsl mənbə mənim dünyagörüşüm və həyatımla bağlı qərarlarda rəhbər tutduğum prinsiplərimdi.

• Qulaq asın, yetirmə və ya davamçı ilə bağlı suallar məni artıq bezdirir, ən azından son 15 ildə. Sual həmişə eyni cür səslənir və cavab da hələ ki birdir: Nə qədər ki, mən burdayam, boss mənəm.

• Siz arada bir şübhə etməlisiniz Mənim çalışdığım əməkdaşlarım var. Mən əvvəlcə onları dinləyir, sonra qərar qəbul edirəm.

• Müstəsna (təkrarsız) bir şey yaratmaq üçün sizin idrakınız fasiləsiz olaraq ən xırda detallara belə fokus olmalıdır.

• Nəzərə almalı olduğumuz nüansların sayı çoxdur – sizin ambisiyalar, sizin eqo, mətbuat, istehlakçılar. Siz heç zaman əmin ola bilməzsiniz ki, yenidən zirvədə ola biləcəksiniz, ya yox.

• Dözümlü insanlar qalib gəlir. Bu o deməkdir, qələbə üçün hər hansı bir inanc, əqidə, dayaq lazımdır ki, siz onlara söykənərək öz əməllərinizi gerçəkləşdirəsiniz.

• Siz düşündüyünüzdən daha çox bilirsiniz və bildiyinizdən daha çox bacarırsınız.1985-ci ildə mənim biznes-tərəfdaşım vəfat edəndə çoxları düşünürdü ki, mən kompaniyanı bağlayacağam. Bunun əvəzinə isə mən onun etdiyi işləri necə etməyi öyrəndin. Öz daxili qüvvənizə layiq olduğundan daha az qiymət verməyin, onu yetərincə dəyərləndirməmək olmaz.

• İş mənim həyatımın bir hissəsidir. Ona görə mən həyatımdan imtina edə bilmərəm

• Əsl dəbdəbə düşündüyünü deməkdir.

 

ŞƏRH YAZIN