Həftəsonu Beş Motivasiya Kitabı Oxuya Bilərsən…

0
5573
Həftəsonu Beş Motivasiya Kitabı Oxuya Bilərsən…

Çox az şey var ki uğurlu insanlar,liderlər üçün ümumi ortaq cəhətdir.Onlar oxuduqca oxuyur,daha çox oxuyur,ruh yüksəkliyi tapır və sağlam düşüncənin arxasıyca gedirlər.Əgər sən motivasiya axtarırsansa və bunun üçün təkan istəyirsənsə,sən bir ya iki günə bu beş kitabdan birini oxuya bilərsən:

“Ataların məsləhəti” daha çox prespektiv yolları göstərir.Sən müəllif Brus Felerin belə məqamlarda göstərdiyi ya ana,ya da atasan.Bu bir mesajdır :Sənin vəzifənin gərək daha dərin kökləri olsun və aydın başa düşülsün.
“İncəsənətin mübarizəsi” bizi hərəkətə gətirənin nələr olduğunu xatırladır və bizim içimizdə yaratdığımız daxili mübarizəni dayandırmağa imkan vermir və ehtiyacımız olan şeylərə savaşaraq səbirsizliklə hərəkət edirik.Steven Pressmen yazdığı kitabda öz şəxsi fikirlərini xüsusi vurğuyla qeyd edir və öz vəziyyətimizdə nailiyyətə necə çatmağın yollarını öyrədir.
Daniel Pinkin “İdarə etmə” kitabı insanları nələrin motivasiya etdiyini və bizim nələrə ehtiyacımız olduğunu göstərir.Dünyada ən uğurlu adamların bəzi liderlərin təcrübələrinə uyğun olaraq Pink sənin istədiyin şeyin etmək üçün nəyə ehtiyacin olduğunu göstərir.
“İmtina etmə,təslim olma” Lois Zamperinin həyat dərsləri kitabıdır.Eyni məzmunda olan bu kitabda və kinoda danışılan qəhrəmanın hekayəsidir.Əgəs sən bütün kitabı həftə sonu oxuya bilməsən,onda sənin diqqətini çəkən bir neçə bölməni oxu.Kitabda öyrənmək üçün 20dən çox dərs var.
“İstedadın balaca kitabı” digərlərindən sənin daha yaxşı bir şəxs kimi formalaşmağına kömək olan kitabdır.Müəllif Daniel Coyne bu kitabda cəmi 52 dərs üçün əməksevər liderləri, uğurlu təlimləri və həyatda nailiyyət qazananları araşdırmasına illərini sərf etmişdir.Sən bu kitabı bir neçə günə oxuya bilərsən və bu sənə həftələr keçdikcə etdiyin bir şeydə daha da təkmilləşməyinə kömək edəcək VƏ SƏN DAHA YAXŞI OLACAQSAN!
 
Tərcümə etdi:Könül İsgəndərli

ŞƏRH YAZIN