Həyat Fəlsəfəsi

0
5969
Həyat Fəlsəfəsi

Göy üzünün hər yerdə mavi olduğunu anlamaq üçün, dünyanı dolaşmağa ehtiyac yoxdur.
 
Bax, eyni zamanda baxdığını görən ol.
 
Gəldiyin zaman boşluq dolduran deyil, getdiyin zaman yeri doldurulmayan ol.
 
Hər eşitdiyinə inanma, əlindəkinin hamısını xərcləmə və istədiyin qədər yatma!
 
"Səni sevirəm" deyərkən inanaraq de!
 
"Üzr istəyirəm"- deyərkən qarşındakının gözünün içinə bax!
 
İlk baxışdan sevgiyə inan.
 
Evlənməzdən əvvəl ən azı altı ay nişanlı qal.
 
Heç vaxt başqalarının xəyallarıyla oynama!
 
Dərindən və inancla sev!
 
Sına bilərsən, amma başqa cür də həyatını tam yaşaya bilməzsən!
 
Anlaşılmazlıqlarla vicdanlı mübarizə apar!
 
İnsanlar haqqında deyilənlərə inanıb onlar haqqında qərar çıxartma!
 
İnsanları mühakimə etsən, onları sevməyə zamanın qalmaz.
 
İnsanlara gözlədiklərindən çox şey ver və bu işi edərkən kübar ol.
 
Yavaş danış, amma sürətlə düşün.
 
Əgər biri sənə cavablamaq istəmədiyin bir sual verərsə gülümsə və "niyə bilmək istəyirsən?" de.
 
Bunu həmişə xatırla ki, böyük eşq və böyük investisiya daima özündə böyük risk daşıyır.
 
Əgər məğlub olarsan, ağlını da itirmə
 
Unutma: Sevgi- hər kəsə! Hörmət- özünə və başqalarına! Cavabdehlik- bütün hərəkətlərin üçün!
 
Balaca bir mübahisənin bütün dostluğu məhv etməsinə icazə vermə!
 
Dostun olsun istəyirsənsə, dost ol!
 
Əgər səhv etdiyini hiss etdinsə, həmin dəqiqə onu düzəltməyə başla, bilə-bilə davam etmə!
 
Telefonda danışarkən gülümsə. Danışdığın adam səsindən gülümsədiyini hiss edəcək.
 
Söhbət etməyi sevdiyin biriylə evlən. Yaşlandıqca söhbət hər şeydən daha çox önəm qazanacaq.
 
Hərdən yalnız qalmağa səy göstər.
 
Ananı say, sev və ona zəng et!
 
Yeniliklərə açıq ol!
 
Bunu bil ki, susmaq - bəzən ən yaxşı cavabdır.
 
Daha çox kitab oxu, dostlarını arayıb-axtar, daha az televizora bax !
 
Gözəl, şərəfli bir həyat yaşa! Yaşlanıb geri baxdığında ikinci bir dəfə ləzzətini yaşayacaqsan.
 
Allaha güvən, amma avtomobilin qapılarını da bağla.
 
Yuvanda isti bir mühit yaratmaq üçün əlindən gələni et.
 
Sevdiklərinlə mübahisə edərkən, həmin anı düşün, keçmişi qurdalama!
 
Sətir aralarını da oxu. Biliklərini paylaş.
 
Bilik insanı şübhədən, yaxşılıq acı çəkməkdən, qərarlılıq qorxudan qurtarar. 
 
Dünyayla yaxşı davran.
 
Dua et. Böyük güc verər. Düşün. Daha böyük güc verər.
 
Öpərkən gözlərini bağlamayan sevgiliyə güvənmə.
 
İldə bir dəfə, daha öncə getmədiyin bir yerə get.
 
Əgər çox pulun olarsa, başqalarına yardım et- pulun ən ləzzətli tərəfini qaçırma.
 
Bəzən istədiyin bir şeyin olmaması sənin üçün bir şansdır.
 
Əvvəl qaydaları öyrən, düşün, qərar ver və bəzilərini poz.
 
Ən yaxşı münasibətin- bir-birinizə olan sevginiz, bir-birinizə olan ehtiyacınızdan çox olduğu zaman olacaqdır.
 
Müvəffəqiyyətin gerçək olub-olmadığını anlamaq üçün qarşılığında nələr verdiyinə bax.
 
Dərs alınmış uğursuzluq uğur deməkdir.
 
Bunu bil ki, xarakterin sənin taleyindir.
 
Həddsiz sev, hər könüldə çiçək olmaqdansa bir könüldə buket ol.
 
İnsanlığını və kimliyini heç bir dəyərə dəyişdirmə!
 
Sevgi üçün qollarını bağlama, sonra özündən başqa tutmağa bir şey tapmayacaqsan.
İçindən nə gəlirsə et. Təbii ol!
 
Sənə edilən yaxşılığı daşa, pisliyi isə toza yaz.
 
Xoşbəxtlik - problemsiz bir həyat demək deyil, problemləri həll etmək qabiliyyəti deməkdir.

ŞƏRH YAZIN