İş Zamanı Hansı Musiqiyə Qulaq Asaq?

0
2320
İş Zamanı Hansı Musiqiyə Qulaq Asaq?

İş yerində musiqiyə qulaq asmaq insanları xoşbəxt edir və ofisdəki əhvalı və yaradıcılığı artırır. Musiqi yayım xidməti Spotify tərəfindən aparılan qlobal tədqiqatın nəticəsi belə deməyə əsas verir.
İşçilərin demək olar ki, üçdə ikisi (61%) iş yerindəykən musiqi dinlədiyini söyləyir. Siyahının ən üst sırasında Adele (16%) iştirak edərkən, onu ikinci sırada Arctic Monkeys (% 14) və üçüncü sırada folk kvarteti Mumford & Sons (% 13) izləyir.
Yüzlərlə ofisdə araşdırma aparan və musiqinin stresi aradan qaldırdığını və konsentrasiyanı artırdığını təsbit edən, iş yerində musiqi sahəsində mütəxəssis Dr. Anneli Haake ilə əməkdaşlıq edən Spotify-ın araşdırmasına görə, işçilərin üçdə birindən çoxu (36%) musiqinin işçilərin günü yaxşı keçirmələrinə köməkçi olduğunu söyləyərkən, beşdə biri (20%) musiqi dinləməyin "sıxıcı" işlərdən gözəl bir qaçış olduğunu ifadə edir.
Spotify və Dr. Haakenin əhval ruhiyyənizə uyğun ən çox dinlənilən ofis mahnıları siyahısı bunlardan ibarətdir:
- İş yerində olan səs-küydən qurtulmaq üçün
Do I Wanna Know? - Arctic Monkeys
Dr. Haakeyə görə: "Konsentrasiyanı artırmaq və ofisdəki diqqət dağınıqlığını azaltmaq üçün bir neçə müxtəlif musiqi alətinin istifadə olunduğu və balanslı bir səsi və tempi olan bir musiqi seçin".
- Motivasiya üçün
We Can't Stop - Miley Cyrus
Dr. Haakeyə görə: "Musiqini motivasiya və ya xəyal qurmağı dayandırmaq üçün istifadə etmək istəyirsinizsə, xoşunuza gələn və sizi xoşbəxt edən bir şey seçin - ritmik, hərəkətli və ya dinamik bir şey".
- Konsentrasiya üçün
Drunk in Love - Beyoncé
Dr. Haakeyə görə: "Diqqəti asan dağılanlar, daha az diqqət dağınıqlığı üçün yaxşı bildikləri bir mahnını dinləməlidirlər".
- Canlandırıcı bir şeylər istəyirsinizsə
Get Lucky - Daft Punk ft. Pharrell
Dr. Haakeyə görə: "Gərgin iş rejimindən sonra üç dəqiqəlik ən sevdiyiniz mahnı ilə özünüzü mükafatlandırın. Oturacağınızdan qalxın və stresi azaltmaqda əhəmiyyətli olan endorfin sekresiyasını artırmaq üçün qan axımını sürətləndirmək üzrə bir az rəqs edin".

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN