Kiçik Uğurlara Da Sevinməyi Bacar!

0
1806
Kiçik Uğurlara Da Sevinməyi Bacar!

Böyük hədəflər böyük yolçuluq və ürək istər. Ona görə, böyük hədəflərə çatmaq üçün onu kiçik addımlara bölmək və hər gün bir addım daha irəliləmək lazımdır. Atdığınız hər addım, etdiyiniz hər irəliləmə bir sonrakı irəliləmə üçün lazımlı olan güvən və istəyi meydana gətirəcək. Siz inkişaf edin və gedin, kölgəniz də arxanızdan gedəcək. 

Edilən bəzi araşdırmalar göstərib ki, insanlar yalnız verilən işin 10%-ni edə bilmədiyi üçün işdən ayrılıb. Qalan 90%-i isə müvəffəqiyyətli əlaqələri qura bilmədikləri üçün və problemlərini həll edə bilmədiyi üçün işdən ayrılıblar. Müvəffəqiyyətdə ilk addım qədər son addımda əhəmiyyətlidir. Bir çox insanlar, son bir addımı atmadıqları üçün, müvəffəqiyyətə çata bilməyib.
Yüzlərlə yarış atı var, lakin şöhrətə çatanlar digərlərindən bir neçə saniyə daha sürətli qaçanlardır. Əgər "böyük düşünərək" Mersedes sahibi olmağı istəmiş, ancaq bir Renault Spring sahibi olmusunuzsa, kədərlənməyin. Əgər Mersedesi hədəfləməsəydiniz, böyük ehtimalla bu qədər müddətdə Renaultda ala bilməzdiniz.
Böyük düşünərək, kiçik də olsa müvəffəqiyyətlərə sevinməyi bilmək də əhəmiyyətlidir. Normal bir müsəlman Cənnətə düşmək və Cəhənnəmdə yanmamaq üçün ibadət edər,yəni mükafat və cəza düşüncəsi. Halbuki Yunus Əmrə "nə Cənnətin üzü, nə Cəhənnəmin közü, mənə səni gərək səni"  deyərək missiyasını ortaya qoyub.
Gerçək liderlər də qazanmaq və ya itirmək üçün deyil, lazım olanı etmək üçün çalışırlar. Bir çayda on adam boğulubsa, bunlardan ən az səkkizi üzməyi biləndirsə, üzməyi bilməyən həddini bilər. Üzməyi bilən isə, "Mən hər yerdə üzərəm" deyər və itirər.        

Unutmayın heç bir şey müvəffəqiyyət hissi qədər insanı döyüşə hazır hala gətirə bilməz. "Düşməniniz sizdən kiçiksə,onu bağışlayın, böyüksə,mübarizə edin. Seçdiyiniz düşmən-rəqib qədər böyüyə bilərsiniz." 
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN